Tarix : 2021 Mar 30
Kod 61078

Əli Şamxani İran-Çin planının imzalanması ilə bağlı Baydenin narahatlığına reaksiya verdi

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ABŞ-ın prezidenti Cozef Baydenin İran-Çin Hərtərəfli Əməkdaşlıq Planı sənədinin imzalanmasından duyduğu narahatlığına reaksiya verib.

Arannews : xəbər verir ki, Əli Şamxani bu gün (29 mart) Tvitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “İran-Çin Strateji Tərəfdaşlıq Yol Xəritəsinin imzalanması aktiv müqavimət siyasətinin bir hissəsidir. Dünya yalnız Qərb deyil, Qərb də yalnız bir qanun pozan ABŞ və üç Avropa ölkəsi deyil.
Baydenin narahatlığı tamamilə düzgündür. Şərqdə strateji əməkdaşlığın çiçəklənməsi ABŞ-ın tənəzzülünü sürətləndirir”.
Xatırladaq ki, martın 27-si Çinin xarici işlər naziri Vanq Yi və iranlı həmkarı Məhəmməd Cavad Zərifin görüşü zamanı İran Çinin başlatdığı “Kəmər və Yol” layihəsində iştirakını nəzərdə tutan 25 illik əməkdaşlıq müqaviləsini imzalandı.
Sənədin imzalanmasına reaksiya göstərən ABŞ-ın prezidenti Co Bayden, İran-Çin tərəfdaşlığından çox narahat olduğunu söyləmişdi.

  • Yazılıb
  • da (də) 2021 Mar 30
  • Göndərən جهان کمالی