Tarix : 2021 Mar 31
Kod 61083

Bu gün Türk Şurasının Zirvə toplantısı keçiriləcək

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videoformat şəklində qeyri-rəsmi Zirvə toplantısı keçiriləcək.

Arannews -Report” xəbər verir ki, görüş saat 15:00-da başlanacaq.
Məlumata görə, zirvədə Qazaxıstanın birinci prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın dövlət başçıları və Macarıstanın baş naziri iştirak edəcək.
Xatırladaq ki, daha öncə Zirvə toplantısının Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin COVID-19 pandemiyasının yaratdığı mürəkkəb epidemioloji vəziyyətlə bağlı görüşün videoformat şəklində keçirilməsinə qərar verilib.

  • Yazılıb
  • da (də) 2021 Mar 31
  • Göndərən جهان کمالی