Hazırda Az. R-nin İraqda 150 və Əfqanıstanda isə 45 hərbçisi işğalçı qüvvələr tərkibində xidmət göstərirlər
Azerbaijan Servisi/Aran Agentliyi
Amerikalı hərbçilərin canlarını qorumaq Az. R-nin İraqa göndərdiyi əsgərlərinin əsas missiyasıdır. ANS Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Az. R-nin İraqa göndərdiyi qüvvələrin komandanı Sadiq Yəhyazadə deyib: İraqa göndərilmiş azəri əsgərlər özlərinin missiya yerlərində amerikalı əsgərlərin canlarını qorumaqdan əlavə bir silah anbarı və bir kiçik su elektrik stansiyasını da qoruyurlar.
Hazırda Az. R-nin İraqda 150 və Əfqanıstanda isə 45 hərbçisi işğalçı qüvvələr tərkibində xidmət göstərirlər.
İraqa göndərilmiş azəri əsgərlərin biri keçən ayı naməlum şəkildə öldürüldü. Az. R-nin müdafiə naziri indiyə qədər qeyd edilən əsgərlərin ölümü barədə heç bir məlumat yaymayıb.
Alınmış məlumatlara əsasən İraqa göndərilmiş Az. R-nin hərbi qüvvələri alçaq və təhqiramiz işlərə vadar edilirlər. Amerikanın Ermənistanı hərtərəfli dəstəkləməsinə baxmayaraq İraqdakı erməni əsgərlərin sayı azəri əsgərlərlə müqayisədə çox azdır.