Müsəlman Birliyi Hərəkatı Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı hacı İlham Əliyevin məhkəmə işinə münasibət bildirib.
Arannews :Bu barədə Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən "Rakurs.tv"yə bəyanat daxil olub.
Bəyanatı olduğu kimi təqdim edirik:
İnkişaf etmiş dövlətlərin əsas idarə strukturu onun ədalətli məhkəməsidir. Məhkəmə hakiminin ədaləti xalqın inkişafı və sığortasıdır. Nə qədər qanunlar qəbul olunsa da, nə qədər öhdəliklər götürsək də təəssüflə qeyd etməliyik ki, ölkəmizdə hələ də məhkəmələr azadlığını itirərək, sifarişlə fəaliyyət göstərməyə davam edir.
Belə bir sifarişli məhkəmə prossesi bu günlərdə sona çatır. Bir ildən artıq bir dövrü əhatə edən istintaq və məhkəmə zamanı Azərbaycan İslam Partiyası sədr əvəzi, ilahiyyatçı hacı İlham Əliyevə dövlət ittihamçısı 18 il həbs cəzası verilməsini istəyib. Heç şübhəsiz növbəti həftə nəzərdə tutulan məhkəmə hakimin ilahiyyatçını ağır maddələrlə azadlıqdan məhrum edəcəyi gözləniləndir. Ağır saxta ittihamların real acısını varlığımızda yaşayan tərəf kimi hakimlərin hələ də sifarişli azadlıqdan məhrum etmə cəzasını, bir insan həyatının böyük hissəsini ondan alma acısını hakimlərin vicdanına buraxırıq. Lakin bu halın heç bir hüquq müstəvisinə sığmadığını bildirərək, biz hacı İlham Əliyevə qarşı ittihamları əsassız hesab edir, onun bu işdə heç bir günahı olmadığını bildiririk. Mövcud hadisəni hiddətlə qarşılayan ilahiyyatçı hacı Tale Bağırzadə partiya funksionerinin əqidəli və əxlaqlı siması ilə xəyanətin əsla uzlaşmadığın qeyd edərək, həbslərin növbəti siyasi sifariş olduğunu bildirir.
Müsəlman Birliyi Hərəkatının İdarə Heyəti.