Tarix : 2021 Apr 05
Kod 61098

Azərbaycana növbəti COVAX vaksinləri gətirildi

Azərbaycana COVAX platforması çərçivəsində yeni növ koronavirusa (COVİD-19) qarşı vaksin göndərilib.

Arannews : məlumatına görə, vaksin yüklü təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
Qeyd edək ki, GAVI (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs martın 30-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə onlayn formatda görüşdə bildirib ki, ilkin mərhələdə Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) Azərbaycana göndəriləcək. Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.
Qeyd edək ki, ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub.

  • Yazılıb
  • da (də) 2021 Apr 05
  • Göndərən جهان کمالی