Iran Servisi/Aran Agentliyi
AB-nin Uçuş Təhlükəsizlik Komitəsi bildirib ki, Avropada Homa uçuşları üçün heç bir məhdudiyyət yoxdur. İran Air Aviasiya şirkətinin baş müdiri Səid Hesami Romada müxbirlərlə müsahibədə AB-nin Uçuş Təhlükəsizlik Komitəsinin İranın Homa Aviasiya şirkəti tərəfindən beynəlxalq uçuş standartlarına riayət üzrə rəsmi açıqlamasına işarə edərək deyib ki, bütün Avropada qeyd edilən şirkətin uçuşları üçün heç bir məhdudiyyət yoxdur. İran Air Aviasiya şirkətinin baş müdiri vurğulayıb: İran Air dünyada ən yüksək təhlükəsizlik standartlarına riayət edən ən yaxşı hava şirkətlərindən biri kimi məşhur olub. Hesami əlavə edib: İran Air-ə qarşı həyata keçirdikləri təzyiqlərə rəğmən İİR-nin qüdrətli və əzəmətli aviasiyası dünya səmasında uçuşlarını həmin davam etdirəcək. Qeyd etmək lazımdır ki, AB-nin UTK bir il müddətində bütün Avropada İran Air uçuşları barədə müxtəlif araşdırmalar apardıqdan sonra dünən rəsmən bildirdi ki, İİR Aviasiya şirkəti Homanın uçuşları Avropa ölkələrində heç bir məhdudiyyətə malik deyil.