Tarix : 2021 Apr 06
Kod 61100

ANAMA: Ermənistan heç bir qeyd aparmadan və ayırd etmədən əraziləri minalayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bildirib: Ermənistan heç bir qeyd aparmadan və ayırd etmədən əraziləri minalayıb

 “Arannews :Azərbaycan Respublikasının Prezidenti,  İlham Əliyevin rəhbərliyi ilə, 44 günlük müharibə nəticəsində Azərbaycan torpaqları azad olundu. Bu ərazidə geniş quruculuq işlərini həyata keçirmək üçün ilk növbədə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı aparılmalıdır. Sözü gedən işin icrasında aparıcı rol Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) məxsusdur”.
 bu, ANAMA-nın 4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı yaydığı bəyanatda bildirilir.
Qeyd edilib ki,  Agentlik fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq tarixçəsinə malikdir. Agentlik öz işində beynəlxalq İMAS standartlarına əsaslanır və işin sonunda təmizlənən bütün ərazilərə beynəlxalq səviyyəli sertifikat təqdim edir. ANAMA tərəfindən minatəmizləmə əməliyyatları: əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınları və minaaxtaran itlərin vasitəsi ilə həyata keçirilir: “İşğaldan azad edilən ərazilərin 30 ilə yaxın düşmən nəzarətində olması bu ərazilərin şübhəli və təhlükəli olmasına dəlalət edir. Bu torpaqları tərk edərkən, Ermənistan silahlı qüvvələri heç bir qeyd aparmadan və ayırd etmədən əraziləri minalayıb. Ermənistan tərəfində mövcud olan minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması humanitar minatəmizləmə fəaliyyətinin planlaşdırılmasına və icrasına öz mənfi təsirini göstərir və azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsini, şəhər və kəndlərin bərpasını və növbəti mərhələdə məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə törədir. Ermənistan tərəfinın bu məlumatların təqdim etməməsi, beynəlxalq humanitar normaları məqsədli şəkildə pozması deməkdir”

  • Yazılıb
  • da (də) 2021 Apr 06
  • Göndərən جهان کمالی