Tarix : 2021 Apr 07
Kod 61104

İtkin düşmüş hərbçilərimizin axtarışı zamanı mina partlayışı nəticəsində iki hərbçimiz xəsarət alıb

İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb.

Arannews :Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.

  • Yazılıb
  • da (də) 2021 Apr 07
  • Göndərən جهان کمالی