Tarix : 2021 Apr 07
Kod 61105

Abbas Hüseyn təklif irəli sürdü

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn həbsxanadan məktub ünvanlayıb

Arannews-Rakurs.tv-yə daxil olan məktubu təqdim edirik:
"Müharibənin əvvəl günlərindən ölkəmizdə xarici dövlət səfirliklərindən, konsulluqlardan, eləcə də xarici mətbuat nümayənləri ilə birlikdə keçirilən mətbuat konfransları ölkə ictimaiyyəti və dünya mətbuatı tərəfindən maraqla izlənib. Bu cür tədbirlər müharibə həqiqətlərinin dünyanın dörd bir yanına yayılmasına səbəb olub .Xüsusilə də, hörmətli Hikmət Hacıyevin xarici nümayəndələrlə birlikdə terrordan əziyyət çəkən ərazilər olan Gəncəyə, Tərtərə, işğaldan azad olunmuş ərazilərə səfərləri, ermənilərin barbarlığı, dövlətimizə, dinimizə, mədəniyyətimizə qarşı törədilən cinayətlərlə xarici nümayəndələri tanış etməsi təqdirə layiqdir. Həmçinin, ötən həftələrdə yerli mətbuat nümayəndələrinin həmin yerlərə səyahət etmələri düzgün addımdır ki, onlar da öz izləyicilərinə bununla həqiqəti çatdırmaq imkani əldə edirlər. Bu cür müsbət hallar zamanla faydasını verəcəkdir. Bu kimi səfərləri təşkil edənlər həmin yerlərə tanınmış din xadimlərinin, auditoriyası geniş olan ilahiyyatçıların və natiqlərin də səfər etmələrinə şərait yaratsalar gözəl olardı. Çünki həmin insanlar ermənilərin xalqımıza qarşı vandalizmini, terrorunu, tarixi, dini abidələrin, mülki yerlərin dağıldılmasını və bütün bu həqiqətlərin silinməsinə edilən cəhdləri hər zaman xütbələrində qeyd ediblər.

Bu insanların cümə xütələrində,qarşıdan gələn Ramazan ayının 30 günündə öz düşüncələrini fərdi formada ətraflı şəkildə ictimaiyyətə çatdırmaları gözəl faydalar doğura bilər. Səfər zamanı çəkilən kadrlar vasitəsi ilə gələcəkdə müsəlman ölkələrə səfərlər zamanı sərgilər təşkil edərək, erməni vəhşiliyini, millətimizə qarşı düşmənçiliyi tanıtmaq olar. Eləcə də, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin və bizim ölkəmizdə də təhsil alan əcnəbi tələbələri də səfərlərə dəvət etməklə erməni terrorunun izlərini göstərmək faydalı olardı. Bu cür tədbirlər Azərbaycanın 44 günlük haqq savaşının sədasını hər yerə çatdıra bilər.

  • Yazılıb
  • da (də) 2021 Apr 07
  • Göndərən جهان کمالی