Tarix : 2021 Apr 08
Kod 61106

Az. R-nın Suqovuşan istiqamətində mina partlayışı zamanı iki hərbçi xəsarət alıb

Azərbaycan Respublikası ordusunun itkin düşmüş hərbi qulluqçularıının axtarışı zamanı baş verən mina partlayışında iki hərbçi xəsarət alıb.

 Arannews ;bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.
"Qarabağ  müharibəsi zamanı Azərbaycan Respublikası ordusunun itkin düşmüş hərbi qulluqçularının, Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı  basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları - əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, onların həyatları üçün təhlükə yoxdur", - deyə məlumata qeyd edilir.

  • Yazılıb
  • da (də) 2021 Apr 08
  • Göndərən جهان کمالی