Tarix : 2021 Apr 08
Kod 61108

Azərbaycanın qələbəsi bu ölkənin müsəlman xalqının imanından başqa heç bir ölkə və gücə borclu deyil

Qafqaz məsələləri üzrə ekspert Bürhan Hişməti: Qarabağ və onun ətrafındakı ərazilərin işğaldan azad edilməsində Azərbaycan Respublikasının dindar kəsiminin rolu Bakı rəsmiləri və KİV-nin sionist rejiminin xeyrinə təbliğat səs-küyündə unutmaq olmaz və Qarabağın Azərbaycana qayıtması, habelə bu ölkənin sionistlərin buxovundan qurtulması üçün Ali Məqamlı Rəhbərin 17 rəbiüləvvəl 1442 hicri-qəməridə açıqladığı “17 Rəbiüləvvəl” tezisinin prinsiplərinə əməl etmək lazımdır.
AranNews – Bakı siyasi və hərbi rəsmilərinin, habelə KİV-nin Azərbaycan Respublikasını 44 günlük müharibəyə görə işğalçı sionist rejiminə borclu göstərməsi hər gün yeni formada gündəmə gəlir və onlar bütün səyləri ilə çalışırlar ki, Qarabağın, xüsusilə də Şuşa şəhərinin erməni işğalından azad edilməsində şiə könüllü qüvvələrinin rolunu gizlətsinlər. Bu üzdən “Qarabağ 17 Rəbiüləvvəl” tezisinin anlamının açıqlanmaısına zərurət yaranır.
Azərbaycan Respublikasının rəsmi informasiya agentliyi “Azərtac”-ın verdiyi xəbərə görə, bu ölkənin xarici işlər naziri Ceyhun Bayramov “İsrail HaYom” sionist mətbuatına verdiyi müsahibədə deyib: “Yüksək texnologiyalardan və yüksək dəqiqlikli silahlardan, o cümlədən İsraildə istehsal edilmiş pilotsuz uçuş aparatlarından istifadə edilməsi döyüş meydanında hərbi qələbəyə nail olmaqda mühüm rol oynayıb... Əminəm ki, Vətən müharibəsindən sonra ölkələrimiz arasında ikitərəfli əlaqələr daha da möhkəmlənəcək və dərinləşəcəkdir.”
Azərbaycan Respublikası xarici işlər nazirinin bu sözləri ölkənin bütün televiziya kanallarında, xəbər və qeyri-xəbər saytlarında geniş şəkildə əks etdirildi. Məlumdur ki, xarici işlər nazirinin qeyd olunan sözlərini bu genişlikdə işıqlandırmaq və qabartmaq təkcə yeni olayı bildirmək, yaxud yüksək səviyyəli dövlət rəsmisinin sözlərini əks etdirmək üçün deyil. Bəli, Ceyhun Bayramov başqa yerlərdə də sionist rejimi silahlarının yüksək texnologiyasından, nişan almaqda dəqiqliyindən, onun Azərbaycanın hərbi-siyasi qələbəsinə təsirindən danışmışdır. Əgər bu ölkə KİV-ləri C. Bayramovun sionist rejimini təriflədiyi söhbətlərinin digər cümlələrini də seçib öz xəbərlərinin başlığı etsəydilər, yenə Azərbaycanın xarici işlər nazirinin sionist rejimi üçün təmənnasız təbliğatından başqa bir nəticə almaq olmazdı. Maraqlıdır ki, Azərbaycan Respublikası prezidenti və bu ölkənin digər rəsmilərinin ikinci Qarabağ müharibəsində Türkiyə və onun PUA-larının roluna təkid etməsinə baxmayaraq, xarici işlər naziri bu dəfə Türkiyənin adını çəkməyib və bu imtiyazı sionist rejiminə verib ki, Türkiyənin adı sionist rejiminin yanında dayanmasın!
Hazırkı vaxtda “İsrail HaYom” saytının “İsrail” üçün təşəkkür cümlələri almaq məqsədilə Azərbaycan Respublikası xarici işlər nazirindən müsahibə almasını sionist rejimi hökuməti və KİV-lərinin Bakını bu işğalçı rejimdə rəsmi və aşkar olaraq səfirlik açmağa qane etmələri çərçivəsində təlaşı kimi dəyərləndirmək olar. Həmin hədəfin izlənməsi istiqamətində Bakı rəsmiləri və KİV-ləri də bu işə cəlb edilib. Elə buna görə də, C. Bayramovun 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan və sionist rejimi münasibətlərinin bütün sahələrdə dərinləşəcəyi və möhkəmlənəcəyinə əminliyi Azərbaycan xalqı üçün təhlükə siqnalıdır.
Sionist rejimi 44 günlük müharibədən sonra bu rejimin “Meteor Aerospace” səneye şirkətinin Bakı Gəmiqayırma şirkəti ilə birgə Xəzər dənizi hövzəsində hərbi gəmi istehsalı üçün müəssisə yaratması ilə bağlı məlumat yaydı. (Halbuki, Xəzər dənizinin statusu konvensiyasına əsasən, bu dənizin suları sülh və dostluq suları olmalı idi.)
Habelə, Bakı KİV-ləri 44 günlük Qarabağ müharibəsinin nəticələrindən sui-istifadə etməklə, ağıllı şəhər və kəndlərin salınmasının yəhudi və sionist şirkətlərinə həvalə olunacağı barədə müxtəlif məlumatlar yayırlar və böyük ehtimalla bu sahədə artıq müqavilələr imzalanıb, gələcəkdə sionistlərin məsləhəti ilə bu barədə məlumatlar sızdırılacaq.
Bakı rəsmiləri və KİV-nin sionist rejimi xeyrinə təbliğat səs-küyündə unudulan Qarabağ və onun ətrafındakı ərazilərin işğaldan azad edilməsində Azərbaycan Respublikası əhalisinin, xüsusilə də hüseynçi könüllülərin roludur. Azərbaycanın dindar kəsimi erməni hərbçilərinin müdafiə xəttini qırmaqda, 30 ilə yaxın ermənilərin nəzarətində qalmış şəhər və kəndlərə girməkdə önəmli rol ifa etdilər. Ermənilərin müdafiə xəttini qırmaqda iştirak etmiş canlı şahidlərin bildirdiklərinə əsasən, nə “İsrail” və Türkiyə silahları, nə Azərbaycan silahlı qüvvələri başçılarının maddi köməkləri, nə Azərbaycana satılmış “müasir” silahlar üzərində yerləşdirilmiş sionist və türkiyəli məsləhətçilər bu şəhər və kəndlərə girməyə yol aça bilmirdilər. İşğal edilmiş şəhərlərə girmək üçün islami və şəhadəttələb əhval-ruhiyyəyə ehtiyac var idi və bunu yalnız şəhadəti xoşbəxtliyin başlanğıcı bilən hüseynçilər həyata keçirə bilərdi. Bu şəhərlərin çoxunun vəziyyəti Kabulun, onun infrastrukturları, ictimai məkanlarının amerikalılar tərəfindən bombalanmasından sonrakı vəziyyətə oxşayırdı ki, 13 noyabr 2002-ci ildə Talibanın qaçmasına səbəb oldu, amma çoxları bu şəhərə girməyə ürək etmirdi və yalnız Allah yolunda həqiqi cihad edən mücahidlər ilk olaraq daxil oldular. Azərbaycan rəsmiləri və rəsmi KİV-lərinin bir sıra şəhərlərin azad edilməsini xəbər verməkdə gecikmələri və narahatlıqları da bu gerçəkliyi təsdiq edirdi ki, Azərbaycanın dindar qüvvələrinin bu şəhər və kəndlərə daxil olmasına baxmayaraq, məsul və rəsmi şəxslər hələ buna inana bilmirlər. Şuşa şəhərinin azad edilməsində də gördük ki, bu şəhərin məscidində namaz qılan ilk şəxs Camiətul-Mustafa Universitetinin tələbəsi oldu.
44 günlük Qarabağ müharibəsi Azərbaycan xalqının əsl kimliyi olan hüseynçiliyin büruz etməsi üçün bir fürsət idi. Həmin kimlik və xislət bu müharibənin hərbi nəticəsinin əldə olunmasında ən mühüm rolu oynadı, nəinki sionist rejimi silahları, Türkiyə və Pakistanın söz dəstəyi və hərbi müşavirləri, Rusiya, Amerika və qərb ölkələrinin sükutu, BMT TŞ-nın Qarabağla bağlı qətnamə qəbul etməsinə İngiltərənin mane olması. Halbuki, Bakı rəsmiləri və KİV-i Azərbaycanı bu amillərə borclu bilir, qeyd olunanlara istinad edərək Azərbaycan xalqı və dindarlarının rolunu inkar edirlər.
Sionizmin düşüncə istehsalı mərkəzləri, onun rəsmi media və təbliğat kanallarının Azərbaycanda ictimai fikri buxovlamaq üçün toxuduğu zəncirdən qurtulmaqla 44 günlük müharibənin reallıqlarını “17 Rəbiüləvvəl” tezisi əsasında yetərincə izah etmək mümkün olsa, Azərbaycan Respublikası sionist rejimi kimi cinayətkara, sionistlərə bağlı pantürkçülər kimi fürsət axtaranlara, Qafqazda güc sahibi sayılan Rusiyaya borclu olmaz, özünün islami potensiallarının qədrini bilər. Əgər Azərbaycan xalqının həmin islami potensiallarına dəyər verilsə, Qarabağın tamamilə Azərbaycana qayıdacağına ümidvar olmaq olar və nəhs sionist rejimi silah satışı, istehsalı və ağıllı kənd inşa etmək və s. kimi bəhanələrlə bu ölkəni İslamdan ayıra bilməz. Qarşılıqlı siyasi əlaqələrin, Bakıya geniş iqtisadi, siyasi, hərbi və diplomatik imtiyaz vermələrin heç birinin Azərbaycan hökumətini bu ölkə müsəlmanlarının düşmənlərinə ziyanlı yaxınlaşmadan çəkindirə bilməməsinə diqqət etməklə, bu prosesin islahı, Qarabağın Azərbaycana tam qayıtması və bu ölkənin sionizm buxovundan qurtuluşu Ali Məqamlı Rəhbərin 17 rəbiüləvvəl 1442-ci hicri-qəməri ilində açıqladığı “Qarabağ 17 Rəbiüləvvəl” tezisinin prinsiplərinə əməl etməkdədir.
Bürhan Hişməti

 
  • Yazılıb
  • da (də) 2021 Apr 08
  • Göndərən جهان کمالی