Mahmdu Əhmədinejad : Bu gün İran ehtiyaclar sərhəddini arxada qoyub və beynəlxalq arenalarda 5 sahədə sənaye bazarlarını fəth edibdir
Iran Servisi/Aran Agentliyi
İranın avtomobilqayırma üzrə ən böyük zavodu İran Xodro Xorasan sənaye kompleksində istifadəyə verilib. İİR-nin prezidenti Mahmdu Əhmədinejad İran Xodro Xorasan Rəzəvi adlı avtomobil sexi və onun rəngləməli xətinin açılış mərasimində deyib: Bu gün İran ehtiyaclar sərhəddini arxada qoyub və beynəlxalq arenalarda 5 sahədə sənaye bazarlarını fəth edibdir. İran prezidenti İİR-nin su bəndi sənayesi, Samand zavod inşası, traktor və kənd təsərrüfatı təchizatı maşınlarının istehsalı və elektrik stansiyalarının inkişafı və yenilikləri adlandırıbdır ki, hazırda İran onlarda güclü və təsiredici iştiraka malikdir. İran, iranlı mütəxəssislərin qabiliyyətindən istifadə edərək milli avtomobili , avtomobil mühərrikini istehsal etmək və avtomobil istehsalı üzrə müxtəlif sənaye bölmələrinin istehsal xəttini qorumaq kimi qabiliyyətlərlə öz istehsal miqdarını təxminən bir milyon avtomobilə çatdırıb və bu rəqəm cari ildə 1 milyon 200 ədəd avtomobili ötüb keçəcəkdir. Hazırda İranın milli avtomobili olan "Samand" bəzi dünya ölkələrində o cümlədən Belarus, Az. R, Seneqal, Venesuela və Suriyada işə salınıbdır. İranın Xorasan Rəzəvi ostanında avtomobilqayırma üzrə yeni xəttin istifadəyə verilməsi ilə eyni zamanda İranın "Saypa" avtomobilqayırma şirkəti ilə Malayziyanın Proton avtomobilqayırma zavodu arasında bir əməkdaşlıq sənədi imzalanıb. Qeyd edilən anlaşmanın icra mərhələsinə çatması ilə İran və bir islami ölkənin avtomobilqayırma potensiallarından istifadə üçün yeni fəsil açılacaq. İranın sənaye naziri Əliəkbər Mehrabiyan İranın "Saypa" şirkəti ilə Malayziyanın Proton şirkəti arasındakı əməkdaşlıq sənədinin imzalanması mərasimində deyib: Qeyd olunan şirkətlər avtomobil və ehtiyat hissələri istehsalında yaxşı potensiallara malikdirlər və iki tərəf İran, Malayziya və digər münasib bazarlarda təqdim ediləcək ucuz qiymətli avtomobilin planlaşdırması ardıncadır.
İranın Sənaye və Mədən Naziri habelə deyib: D8 yaxud 8 böyük islami ölkə üzvləri arasında müştərək avtomobilin istehsalı məsələsi ortaya atılıb ki, qeyd edilən layihə araşdırılmaqdadır .