Təbrizdə universitet müəllimləri və Qafqaz məsələləri üzrə ekspertlərin iştirakı ilə “AİP sədr əvəzinə 18 il həbs istənilməsinin səbəblərinin araşdırılması” mövzusunda seminar keçirilib, Azərbaycan Respublikası islamçılarına hakim kəsilmiş problemlər, dövlət ittihamçısının Azərbaycan İslam Partiyasının sədr əvəzi höccətül-islam hacı İlham Əliyevə 18 il həbs cəzası istəməsinin səbəbləri araşdırılıb.
Arannews-Anac – Seminarda Təbriz Universitetinin professoru Əhməd Fərşbafiyan çıxış edərək deyib: “Höccətül-islam hacı İlham Əliyev Amerikanın sabiq prezidenti Trampın “əsrin sazişi” layihəsinə ciddi etiraz edən, habelə cinayətkar Amerikanın əli ilə şəhid edilmiş sərdar Hacı Qasim Süleymaninin uca tutulması istiqamətində addım atmış şəxslərdən idi.”
Fərşbafiyan əlavə edib ki, bu İslam aliminin şəxsiyyət və rəftarı ilə dövlət ittihamçısının istədiyi ağır cəza hökmü arasında heç bir uyğunluq yoxdur. Ona görə də onun üçün 18 il cəza istənilməsinin sifarişli olması aydın görünür.
Seminarın digər iştirakçısı Qafqaz məsələləri üzrə ekspert doktor Hacızadə Orta Asiya və Qafqazda ötən 100 ildə İslam və müsəlmanlar arasında ayrılıq salınmasına təlaşlardan danışaraq deyib: “Sabiq SSRİ-nin kommunist quruluşunda repressiya və təhdidlər islami hərəkatlara qarşı ağır məhdudiyyətlərin yaranmasına gətirib çıxardı. SSRİ-nin dağılmasından sonra da qərbin liberal və millətçilik ideologiyaları daim Qafqaz və Orta Asiyada özünə yer etməyə çalışıb və belə zehniyyət formalaşdırmağa səy edirdilər ki, onlar inkişaf etmək üçün bu ideologiyaları qəbul etməlidirlər. Lakin zaman ötdükcə Qafqazın bəzi siyasətçiləri başa düşdülər ki, regionda liberalizm və millətçiliyi həyata keçirmək mümkün deyil. Bu səbəbdən də indi yeni-avrasiyaçılıq ideologiyası səmtinə hərəkətdədirlər və Qafqaz camiəsini bu səmtə hərəkət etdirə biləcəklərini düşünürlər. Qeyd edək ki, bəlkə də bu səmtə hərəkət Rusiya kimi bir ölkədə mümkün olsun, lakin Qafqazın digər ölkələrində, o cümlədən Azərbaycan Respublikasında bu səmtə hərəkət ciddi maneələrlə qarşılaşır.”
Doktor Hacızadə bəzən Avropa ölkələrinin özündə dindar kəsimə qarşı şiddətlərin Avropa mədəniyyətini izləmək üçün təlaş edən Azərbaycan Respublikası kimi ölkələrdən daha az olmasına və bu ölkələrdə vətəndaşların etiqadi və dini hüquqlarının tapdalanmasının səbəblərinə də toxunaraq deyib: “Avropada qanun razılaşma əsasındadır və qərbdə insanlar razılaşdıqları hər bir mövzunu qanun sayırlar, ancaq İslam mədəniyyətində qanun haqqa söykənir və əgər bir yerdə qanuna əməl olunursa, amma insanların haqları riayət edilmirsə, bunun səbəbi həmin qanunların haqq əsasında hazırlanmamasıdır. Bu boşluqlar haqq və qanunun bir-birinə uyğunlaşdırılmaması üzündən irəli gəlir. Bunu da qeyd edim ki, Azərbaycan Respublikasında cəmiyyət özü bu nəticəyə gəlmişdir ki, qərb ideologiyaları onların ehtiyaclarını təmin edə bilməz. Elə həmin məsələ bu ölkədə müxtəlif cərəyanların zühur etməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasında bəzi qruplar qərb mədəniyyətinin ardıncadır, islamçı qruplar isə bu ölkədə inkişaf və irəliləyişə nail olmaq naminə islami ideologiyanın hakim olmasını istəyirlər. Bu arada vəhabilər kimi radikal islamçılar da vardır ki, ifratçı sünnüçülüyün genişlənməsini istəyirlər.”
Ekspert əlavə edib: “Yeri gəlmişkən, Azərbaycan Respublikasında islamçılar səhvlərə də yol verirlər və bu ölkədə iki halda sapınmış islamın tərvici müşahidə edilir: biri Amerika islamı (liberal islam); digəri radikal islam. Radikal islamın pərdəsi arxasında qərb və vəhabi, İŞİD, Əlqaidə kimi radikal islamçı cərəyanlar dayanır və onları idarə edirlər. Bəli, bugün İslam mədəniyyətinə söykənən əsil İslam hərəkəti də genişlənməkdədir. Özlərini İmam Xomeyni və Seyid Cəmaləddin Əsədabadi kimi şəxsiyyətlərin ardıcılı bilən bu kəsimin Azərbaycanın hakimiyyəti üçün heç bir təhlükəsi yoxdur və həqiqətdə onlar islami ölkələr və islami ümmət təşkil etmək ardıncadırlar. Bu arada İran İslam Respublikası da heç vaxt digər ölkələrə yuxarıdan aşağı baxmamışdır və baxmır.”
Təbriz Universitetinin elmi işçisi doktor Məhəmməd Əminfərd Azərbaycan Respublikasının siyasi və ictimai sahələrində sionist rejiminin nüfuz və rolundan söz açaraq deyib: “İslam həmin əvvəldən Azərbaycan sakinlərinin İslamı qəlbən qəbul etmələri ilə bu yurda daxil oldu. İslam təlimləri heç vaxt təhlükəli təlimlər olmayıb və həmişə insan maraqlarına uyğun olub. İslami inanclara əməl etmək cinayət hesab olunmamalıdır və İslamı müdafiə edənləri ittiham etmək əvəzinə, onlara diqqət ayırmaq lazımdır. Bu rəftarın əksi qarşıya çıxdıqda, bu ittihamın mənşəyini tanımaq lazımdır.”
Doktor Əminfərd daha sonra deyib: “Bu məsələyə bir az diqqətlə yanaşdıqda pərdə arxasında region ölkələri üzərində hökmranlıq etmək, onların sərvətini talamaq ardınca olan sionizm və Amerika kimi ölkələrin gizlənmiş əllərini görürük. Əlbəttə, onları müqəssir sayırıq. Onlar Ərəbistan kimi ölkələrin başçıları üzərində nüfuz sahibi olmaqla cəmiyyətlər arasında radikallığı genişləndirir, sonra da bundan həqiqi dindarlara təzyiq göstərməyə bəhanə kimi istifadə edirlər. Məlumdur ki, qərb hacı İlham Əliyev kimi şəxsləri özünün maddi və işğalçılıq maraqları əleyhinə siyasi təhlükə sayır.”
Ekspert çıxışının davamında deyib ki, höccətül-islam İlham Əliyev əsrin sazişi layihəsinə qarşı çıxdığı vaxt İran, Türkiyə və bir çox İslam ölkələri, hətta qeyri-İslam ölkələri bu layihə əleyhinə sərt mövqe sərgiləmişdilər. Habelə, müqavimət cəbhəsinin komandiri Hacı Qasim Süleymani dünyanın müsəlman və qeyri-müsəlman azad insanları üçün əzizdir və uca tutulur. Bu kimi məsələlər sözsüz ki, sionist rejimi və Amerikanın maraqları ilə zidd olduğundan onlar Azərbaycan Respublikası hökumətinə təzyiq göstərirlər, beləliklə, höccətül-islam hacı İlham Əliyev kimi şəxslərin sivil fəaliyyəti cinayət adlandırılır.
Seminarın davamında doktor Əhməd Fərşbafiyan Azərbaycan Respublikası islamçı döyüşçülərinin Qarabağ müharibəsində rolunun inkaredilməz olduğuna toxunaraq deyib: “Qarabağ müharibəsində Azərbaycan əsgərlərinin qələbəsinin ən önəmli və ən təsirli amili onların islami və şəhadəttələb baxışı idi. Hamı, o cümlədən Azərbaycan hökuməti bunu yaxşı bilir. Bu baxış və əhval-ruhiyyə höccətül-islam hacı İlham Əliyev və bu ölkədə onun kimi din alimlərinin təlaş və maarifçiliyinin səmərəsidir. Gözlənti bu idi ki, qələbələrdən sonra Azərbaycan Respublikasında din alimlərinə təşəkkür edilsin, lakin çox heyrətlidir ki, bunun əksi baş verdi, hətta qələbənin amili kimi sionist rejiminin PUA və silahlarını göstərməyə səy etdilər. Halbuki, nəhs sionist rejimi pul qarşılığında Azərbaycana silah verdi, üstəlik Ermənistan ordusuna da kömək etməkdə səhlənkarlıq göstərmədi. Bugün Azərbaycanın məhkəmə sisteminin adamlarının bu ölkənin rəşid və müsəlman əsgərləri və xalqına bu barədə hansı cavabı verəcəkləri məlum deyil.”
Doktor Fərşbafiyanın sözlərini təsdiq edən doktor Hacızadə deyib: “Azərbaycan Respublikasında islamçılara qarşı şahid olduğumuz təzyiq və məhdudiyyətlərin məlum səbəbi vardır. Azərbaycan Respublikası keçid vəziyyətindədir və bu ölkədə “ümummilli” adlı termin mövcuddur. Bu termin ölkədə birlik yaratmaq istiqamətində yaradılmışdır. Lakin Azərbaycanda birlik yaratmaq üçün bir ruha ehtiyac vardır və bu ruh İslamdır. Çünki İslam mədəniyyəti tarix boyu Azərbaycan xalqına güc vermişdir. Bugün ölkədə Azərbaycan-Azərbaycan mövzusu, yaxud termini Azərbaycan-İslam mərhələsinə daxil olmuşdur və heç kim ona mane ola bilmir. İkinci Qarabağ müharibəsində Azərbaycan döyüşçülərinin ağır cəbhələrində nöhvə, rəcəz oxumaları, təvəssül etmələri bunun nişanə və nümunəsi idi. Qeyd edək ki, bu keçid qərbpərəstlərin və sionistlərin vəhşətə düşməsinə səbəb olmuşdur. Onlar təlaş edirlər ki, dövlət aparatlarındakı lobbilərindən istifadə edərək Azərbaycan xalqını islamçılıqdan qorxutsunlar, bu ölkədə İslamın inkişaf və genişlənməsinin qarşısını alsınlar.”
Azərbaycanın cəmiyyət və hakimiyyətində iştirakı olan islamçılar bu ölkənin bütün xalqını buna yönəltməlidirlər ki, Azərbaycan xalqının qüdrəti, onun gələcəyi İslam mədəniyyətinin daha da genişlənməsində olub və olacaqdır, ondan uzaqlaşmaqla həqiqi qüdrətdən uzaq düşüləcək.
Ə. Fərşbafiyan Azərbaycan Respublikası siyasətçilərinin bu ölkənin tarixində İslamın tamamilə ciddi və rəngli hüzuru olmasını bildiklərini vurğulayaraq belə bir sual ortaya qoyub: “Onlar hansı təhlillə bu mövzunu görməməzliyə vururlar?” O sonra deyib: “Bugün bir İslam ölkəsində tanınmış din alimi üçün 18 il cəza istənilməsini heç bir yerə yozmaq mümkün deyil. Bu qərar çox böyük bir məsələdir və sözsüz, reaksiyalarla üzləşəcək.”
Seminarın davamında doktor Məhəmməd Əminfərd höccətül-islam hacı İlham Əliyev üçün 18 il ağır həbs cəzası istənilməsinə toxunaraq deyib ki, mənim bildiyimə görə, ona həbs hökmü çıxarılması üçün istinad edilmiş qanun maddəsində həbsin müddəti 12 ildən 20 ilədək göstərilmişdir. 18 il cəza istənilməsinin mənası budur ki, o, çox ağır cinayət törətmişdir. Halbuki, hamımız bilirik ki, belə deyildir və hacı İlham Əliyevin təqsiri yalnız İslamı tərvic etməsi və sionizmin məşum məqsədləri qarşısında dayanması olmuşdur. Çox təəssüflələ hiss olunur ki, Azərbaycan rəsmiləri günbəgün sionist rejiminə yaxınlaşırlar, dindarlara qarşı məhdudiyyətlər yaratmaqla qərb ölkələri və sionizmin istəklərini təmin etmək ardıncadırlar.
O, Azərbaycanda baş verən cari təzadlara toxunaraq deyib ki, son günlərdə Qafqaz Müsəlmaları İdarəsi tərəfindən bir heyətin işğaldan təzə azad edilmiş Ağdam şəhəri məscidinə getməsi və həmin məsciddə namaz qılmasının, digər tərəfdən isə ölkədə məscidlərin hətta fərdi ibadət üçün də bağlı qalmasını görürük; sözügedən idarənin Qafqaz müsəlmanlarının Bakıda nümayəndəsi adını daşıdığını, lakin islamçılar əleyhinə belə hökmlərin çıxarılmasına heç bir münasibət bildirmədiyini görürük; bir tərəfdən media kameraları qarşısında məscidə gedildiyini, onun qapı və divarlarının öpüldüyünü, digər tərəfdən isə namazı tövsiyə edən din aliminin zindana salındığını görürük. Bu təzadlar üzərində düşünmək və onu təhlil etmək lazımdır.
Doktor Əminfərdin sözlərinin davamında Qafqaz məsələləri üzrə ekspert Hacızadə deyib: “Azərbaycan kimi ölkələrdə İslam alimlərinə qarşı təzyiqlərin davam etməsinin səbəblərindən biri də bu ölkənin digər alimlərinin sükutudur. Bugün Orta Asiya və Qafqazda İslam oyanışı baş vermişdir, Azərbaycan hakimiyyəti də hazırda sekular və qeyri-siyasi islam səviyyəsində onu qəbul etmişdir. Lakin mərhum hacı Əlikram, doktor Mövsüm Səmədov, hacı İlham Əliyev, hacı Tale Bağırzadə, hacı Abgül və Azərbaycanın digər alimləri bir mühüm mövzunu başa düşüblər və fikirlərini onun üzərində cəmləyiblər. Bu mövzu Azərbaycanın gələcəyinə aiddir və o da budur ki, Azərbaycan xalqı İslam mədəniyyəti sayəsində çox güclü ola bilər. Əgər bugün hacı İlham Əliyev sərdar Qasim Süleymaninin şəhadəti münasibətilə anım mərasimi təşkil edirsə və onun müdafiəsi istiqamətində çıxış edirsə, səbəbi budur ki, o, İslam mədəniyyətini bu ölkədə güclü bir qütbə çevirməyə təlaş edir. Sözsüz, bütün müsəlman ölkələri bu qütbün çevrəsində dayanır və ondan güc alır. Bu arada Azərbaycanın hökumət çevrəsində dayananlar, sekular islamı qəbul edənlər, qərb və sionizmə xoş gələn bu sekular islamı siyasi islama çevirmək istəməyənlər Azərbaycan İslam Partiyasının həbsdə olan sədri hacı Mövsüm Səmədov və onun əvəz edicisi hacı İlham Əliyev kimi şəxsiyyətlər üçün maneə yaradırlar. Bu mövzu səbəb olub ki, Azərbaycanın bir sıra alim və şəxsiyyətləri bu siyasi məsələlərə qarşı müfafizəkar olsunlar. Əlbəttə, bu onların islami hərəkəti və siyasi islamı başa düşməməsi mənasına deyil. Bu arada Azərbaycan hökuməti də əgər daimi təhlükəsizlik və qüdrətə sahib olmaq istəyirsə, bu islami hərəkəti qəbul etməlidir.
Höccətül-islam hacı İlham Əliyev kimi şəxslər hakimiyyətə gəlmək ardınca deyillər. Onlar Azərbaycanın gələcəyini və onun qüdrətini islami hərəkət və mədəniyyətin genişlənməsində görürlər, düşünürlər ki, beləliklə, ölkəyə davamlı təhlükəsizlik hakim olar, qərbin nüfuz və ağalığı bu ölkədə sona çatar, qərb və sionist rejimi deyil, Azərbaycan xalqının özü öz taleyinə hakim olar.”
Doktor Hacızadə vurğulayıb: “Azərbaycan Respublikası, İran İslam Respublikası və digər müsəlman ölkələrin din alimləri bu ölkənin hökuməti ilə müzakirə aparmalıdır, hətta bizim ölkəmizin diplomatik aparatı da bu mövzuya rəsmi şəkildə daxil olaraq danışıqlar aparmalıdır və izah etməlidir ki, islami hərəkətin Azərbaycan Respublikası üçün heç bir təhlükəsi yoxdur və olmayacaq, hacı İlham Əliyev kimi şəxslər hökumət üçün təhdid deyil, əksinə qüvvət amili, qüdrət və vəhdət mənşəyidir.”
Sonda M. Əminfərd deyib: “Bugün azadlıq, dəyər və insanlığa əhəmiyyət verən insanların dini, insani, hətta siyasi vəzifəsi budur ki, hacı İlham Əliyevə cəza istənilməsini pisləməsinlər, beynəlxalq təşkilatları, ən azından beynəlxalq islami təşkilatları bu mövzuya həssas etsinlər. Hamı bu mövzunu izləməlidir və hacı İlham Əliyevin həqiqi təqsirinin nə olduğunu və nə üçün 18 il həbsə məhkum olduğunu bilməlidir. Türkiyə və Pakistan kimi ölkələr də İran kimi dünyann hər yerində müsəlmanların və İslam alimlərinin taleyini ciddi şəkildə izləməlidir, qeyri-ciddi reaksiyalarla kifayətlənməməlidir.”
Ə. Fərşbafiyan seminarın yekununda Azərbaycan Respublikası hakimiyyətindən istəyib ki, bu həbs və hökmlərə son qoysun, özü və xanımı məscidlərə getdikləri, Quranı öpdükləri kimi İslam alimlərinin bu ölkədə potensiallarından faydalanmaq və onların haqqında edilən zülmlərin qarşısını almaq istiqamətində onların tezliklə azad edilməsinə şərait yaratsın.