Qafqaz Müsəlmanları İdarəsi çərşənbə günü, aprelin on dördünü, Azərbaycan Respublikasında mübarək ramazan ayının biri elan edib.
Arannews :Qafqaz Müsəlmanları İdarəsinin Ruhanilər Şurasının bugünkü iclasında Azərbaycan Respublikasının Şamaxı rəsədxanasının hesablamalarına istinadla elan olunub ki, aprelin on dördü, ramazan ayının biridir və bu mübarək ayın sonuncu günü, mayın on üçünə təsadüf edir.
Həmçinin Azərbaycan Respublikası nazirlər kabinetinin qərarına əsasən, mayın on üçü və on dördü, səadətli Fitir bayramı ilə əlaqədar, bu ölkə boyu rəsmi tətil elan olunub.