İran sülhməramlı nüvə texnologiyasına yiyələnmədkdə öz qanuni hüququna təkid edir
Iran Servisi/Aran Agentliyi
Tehran sülhməramlı nüvə texnologiyasına yiyələnməkdə qanuni hüququ barədə heç bir müzakirəni qəbul etmir". İran İslam prezidenti Mahmud Əhmədinejad şənbə günü iyulun 26-da İranın şimal şərqində yerləşən müqəddəs Məşhəd şəhərində İranın "Bəsic" müəllimlərinin elmi, mədəni və siyasi konfransında bu məqama toxunaraq deyib: İran sülhməramlı nüvə texnologiyasına yiyələnmədkdə öz qanuni hüququna təkid edir. Əhmədinejadın sözlərinə görə, İran xalqının düşmənləri şübhədoğrucu 11 sentyabr hadisələrindən sonra Mürəkkəb bir layihənin üzərində işləyərək İran İslam İnqilabına qələbə çalmaq barədə düşünürdülər. Ona görə də, İslam İnqilabının ideologiyasına hücum edərək İranı sülhməramlı nüvə enerjisinə yiyələnməklə bağlı mövqeyindən geri çəkilməyə məcbur etmək niyyətində idilər. İran prezidentinin sözlərinə görə bəşər toplumunun sürətlə İlahi dəyərlərə, mənəviyyat və Allaha sitayişə qayıdışı dünyanın müxtəlif yerlərində İslam İnqilabı təfəkkürünün genişlənməsi prosesinə aydın bir nişanədir.