Azərbaycan xalqının hörmətli ruhanisi Hacı İlham Əliyevin qanunsuz həbsinə aydiyatı orqanlardan hələ də məntiqli bir açıqlama gəlməyib. Bundan əlavə qürurdan məst olmuş hakimiyyət təmsilçisi xalqın ruhanisinə 18 il həbs cəzası tələb edib.
Arannews :Bismillahir-Rahmənir-Rahim
Azərbaycan xalqının hörmətli ruhanisi Hacı İlham Əliyevin qanunsuz həbsinə aydiyatı orqanlardan hələ də məntiqli bir açıqlama gəlməyib. Bundan əlavə qürurdan məst olmuş hakimiyyət təmsilçisi xalqın ruhanisinə 18 il həbs cəzası tələb edib. Özünü xalqın mühakiməsindən uzaq və qanundan uca görən bu hakimin hərəkəti sadə bir özbaşınalıq deyil, müsəlman xalqın açıq-aşkar təhqiridir. Azərbaycan xalqını təhqir etməkdən sanki zövq alan bu kreslo sahibləri unudurlar ki, rahat həyatları üçün ilk növbədə bu xalqa və onun Hacı İlham Əliyev kimi nümayəndələrinə minnətdar olmalı idilər. Amma görünür bu şəxslər “su içdiyi quyuya dönüb tüpürcək atırlar”!
Biz AİP sədr əvəzi, xalqın sevimli ruhanilərindən olan Hacı İlham Əliyevin tezliklə azad olmağını və günahsız yerə incidildiyinə görə ondan üzr istənilməsini tələb edirik.
Xatırladırıq ki, xalqa və onun hörmətli ruhanisinə qarşı bu cür özbaşınalıq və cinayət həm dünyada və axirətdə acı cəzalarla nəticələnə bilər. Sizə məsləhət görürük ki, sizdən qabaq bu cür haqsızlıqlara əl atmış məmurların həyatından nəticə çıxarasınız. Onlara rüsvayçılıq, üzüqaralıq, zillət və sonda məzlumların hamisi olan uca Allahın dəhşətli qəzəb atəşi qaldı. Əmin olun ki, əgər səhvinizi düzəltməsəniz Allahın əzabı sizin pusqunuzda dayanıb, etdiyiniz zülm sizin və övladlarınızın ruhuna kimi sirayət edəcək odlu əzab oxları olacaq.
قُلْ هَلْ تَرَبَّصُونَ بِنَا إِلَّا إِحْدَى الْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَنْ يُصِيبَكُمُ اللَّهُ بِعَذَابٍ مِنْ عِنْدِهِ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوا إِنَّا مَعَكُمْ مُتَرَبِّصُونَ
De: “Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik”. (Tövbə/52)
"VAHİD ÜMMƏT"
Azərbaycanlı Ruhanilər Birliyi