Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin işi üzrə keçirilməsi nəzərdə tutulan proses təxirə salınıb
Arannews-Maide.Az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov bildirib.
C.Cavadov bildirib ki, məhkəmənin təxirə salınmasına hakimlərdən birinin xəstələnməsi səbəb olub.
"Növbəti məhkəmə üçün vaxt təyin edilməmişdir."- deyə vəkil bildirib.
Qeyd edək ki, bundan öncəki məhkəmədə çıxış edən Dövlət ittihamçısı Ruhani Hacı İlham Əliyev üçün 18 il, onunla birlikdə həbs edilən Mehman Rzayev üçün 15 il müddətində azadlıqdan məhrum etmə cəzası istəmişdi.