Şuşanın itirilməsini həzm edə bilməyən Ermənistan rəsmiləri növbəti dəfə şəhər uğrunda döyüşlərdə Azərbaycan Ordusuna məğlubiyyətin səbbələrini gündəmə gətiriblər.
Arannews-Modern.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ilin sentyabr-noyabr aylarında Qarabağdakı hərbi əməliyyatlarla bağlı məsələləri araşdırmaq üçün xüsusi komissiyanın yaradılmasının tərəfdarı olduğunu bildirib.
Paşinyan deyib ki, onun Şuşadakı məğlubiyyətlə bağlı bir sıra sualları var. Hökümət başçısı parlamentdə bu sualların konkret şəxslərə ünvanlanmasının vacibliyini söyləyib.
"İndiyə qədər bu barədə açıq danışmırdım ... Ancaq müzakirələr zamanı Şuşanın əldən verilməsilə bağlı suallarımın olduğunu qeyd etdim. Hesabatların nə qədər etibarlı olduğunu yoxlamalıyıq, təhrif olunmuş məlumatlar olubmu? Bu və ya digər məlumat qəsdən və ya təsadüfən verilib?", - Paşinyan deyib.
Hökümət başçısı bildirib ki, Qarabağdakı hərbi əməliyyatlarla bağlı məsələləri araşdıracaq komissiya müharibə barədə ətraflı məlumat verməlidir, lakin bu, ictimaiyyətə açıqlanmayacaq.
“Məsələn, Aprel müharibəsini araşdırmaq üçün komissiyanın hazırladığı hesabatların 90% -i dövlət sirrini ehtiva edir və dərc olunmur".
Paşinyan indiki vəziyyətdə özünü hələ də günahkar hesab etdiyini bildirib.
Şuşadəki Mədəniyyət Evinin partlaması nəticəsində çox sayda polisin öldüyünü xatırladan N.Paşinyan hadisənin səbəblərinin aydınlaşdırılmalı olduğunu vurğulayıb.
O, 2020-ci ilin sentyabr-noyabr aylarında Qarabağ münaqişəsi zonasında baş verən müxtəlif döyüş əməliyyatları epizodları ilə bağlı bir çox cinayət işinin başlanıldığını xatırladıb.
2020-ci il oktyabrın 4-də Şuşada erməni polislərin təxribat hazırlamaq üçün toplaşdığı Mədəniyyət evinin vurulması nəticəsində düşmən 20-dən çox itki vermişdi. 200-ə yaxın polis isə yaralanmışdı.