Onun sözlərinə görə, adətən belə missiya səsvermə günündən bir ay əvvəl gəlməlidir
Azerbaijan Servisi/Aran Agentliyi
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu oktyabrda keçiriləcək prezident seçkisini izləmək üçün Azərbaycana 30 uzunmüddətli və 450 qısamüddətli müşahidəçi qrupunun göndərilməsini tövsiyə edib. Qurumun seçkiləri müşahidə edəcək missiyası isə sentyabrın ortalarında Bakıya gələcək. Bu barədə ANS-ə Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel məlumat verib. Onun sözlərinə görə, adətən belə missiya səsvermə günündən bir ay əvvəl gəlməlidir. "Əvvəl Bakıya altı nəfərdən ibarət qrup gəlib Mərkəzi Seçki Komissiyasının üzvləri və siyasi partiyaların nümayəndələri ilə bir sıra görüşlər keçirəcək. Sonra ölkəni tərk edəcək. Nöybəti geniş müşahidəçi missiyası seçkilər günü Azərbaycanda olacaq. Məndə olan məlumata əsasən, bu misssiyanın tərkibində 32 nəfər olacaq».