Tarix : 2021 Apr 19
Kod 61149

Paşinyan Bakı ilə sülh razılaşmasına hazırlaşır

Nikol Paşinyanın komandası hazırda Azərbaycanla dostluq və əməkdaşlıq haqqında razılaşmaya hazırlıqla məşğuldur. Bu, sülh razılaşması deməkdir.

 Arannews-bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan deyib. Onun sözlərinə görə, bu razılaşmanın tamamlanması üçün Paşinyana nəzarətində olan parlament lazımdır ki, Paşinyan da buna iyun seçkisi vasitəsilə nail olmaq istəyir:

"Bu işdə o, bütün xarici oyunçuların – Türkiyənin, Rusiyanın, Azərbaycanın, susmuş ABŞ-ın, Fransanın və Britaniyanın dəstəyindən yararlanır. Hətta Soros qlobalist layihəsi belə bu prosesi dəstəkləyir".

  • Yazılıb
  • da (də) 2021 Apr 19
  • Göndərən جهان کمالی