Nikol Paşinyanın komandası hazırda Azərbaycanla dostluq və əməkdaşlıq haqqında razılaşmaya hazırlıqla məşğuldur. Bu, sülh razılaşması deməkdir.
Arannews-bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan deyib. Onun sözlərinə görə, bu razılaşmanın tamamlanması üçün Paşinyana nəzarətində olan parlament lazımdır ki, Paşinyan da buna iyun seçkisi vasitəsilə nail olmaq istəyir:
"Bu işdə o, bütün xarici oyunçuların – Türkiyənin, Rusiyanın, Azərbaycanın, susmuş ABŞ-ın, Fransanın və Britaniyanın dəstəyindən yararlanır. Hətta Soros qlobalist layihəsi belə bu prosesi dəstəkləyir".