Tarix : 2021 Apr 19
Kod 61152

Norəstə İbrahimova: "islamçılar müdafiəyə qalxa bilmirlər"

“Dünyanın sonuna qədər küfr ilə iman üz-üzə gələcək. Bu da bir mübarizə meydanı olacaq. Yəni, hər kəs öz dövründə üzərinə düşən vəzifəni icra etməlidir”.

 Arannews :Bu sözləri İslam Partiyasının Qadınlar Şurasının sədri Norəstə İbrahimova deyib. O. bu fikirləri İslam Partiyasının sədr əvəzi İlham Əliyevin həbsi və hazırda gedən məhkəmə prosesləri haqqında verdiyimiz sualları cavablandırarkən qeyd edib. 
 "Öncə on bir ayın sultanı müqəddəs və mübarək Ramazan ayının gəlişi münasibəti ilə bütün müsəlman qardaş və bacıları səmimi qəldən təbrik edir,  ibadət və itaətlərinizin Allah dərgahında qəbul olunmasını diləyirəm. Unutmayaq ki, təbəlla və təbərrası? hər zaman nə din, nə də ibadət ola bilər".
Norəstə xanım, İP.sədr əvəzi hacı İlhamın həbsi barəsində nə deyə bilərsiniz?
"İslam peyğəmbəri (s)buyurmuşdur: “Dünyanın sonuna qədər küfr ilə iman üz-üzə gələcək. Bu da bir mübarizə meydanı olacaq. Yəni, hər kəs öz dövründə üzərinə düşən vəzifəni icra etməlidir”,
2.Tək indi deyil, hər zaman bu cür olub. Kufə əhli bir gecənin içində ibni Ziyada satıldılar. Amma çox qanqalların içində Hani kimi böyük şəxsiyyət onun zindanında çəkmədiyi işgəncə qalmadı. Lakin haqdan bir an belə üz çevirmədi. Eləcə də Müslimi satmadı və nəhayətdə tək bircə tavar xanım Müslimi qorumaq üçün nələr çəkdi. Kufənin kişiləri kişilikdən danışarkən, bir Tovə xanım qədər olmadılar!
Göz görə-görə kişiliyin, mərdliyin, səxavətin və imanlı şəxslərin qıt bir vaxtında İslam dininin dürrü kimi alimləri zindanlarda məhkum olurlar. Amma əks səda və heç bir etiraz eşidilmir. Bunu həmişə demişəm, "məndən ötdü qardaşıma dəydi, elə bildim saman çuvalına dəydi"-hissləri çox rəzillikdir. Bu günki daşın qardaşına dəyməsinə laqeyd olmaq, sabah daşın ən ağırını özünə tərəf yönəltmək deməkdir, unutmayaq!
Firuiddinin 10 şaxəsinin vaciblərindən ikisi də təbəlla və təvəlladır. Onu yerinə yetirməmək ibadətlərin puç olması deməkdir. Sizə əhkam öyrətmək niyyətim yoxdur. Sadəcə cümləmizə xatırlatmaq istəyirəm ki, Allahın dostu ilə dost, düşməni ilə düşmən olmadıqda, ibadət səndən məndən icazə almadan, batil olur!".
Başqa əlavəniz varmı?
"Pandemiya dünyada insanlar çoxdur"-deyə ediblər kimi bir məsələ yoxdur. Pandameya İslam, islamçılar dinin ayinləri və nəhayət dinin sahibi ilə mübarizədir. Nəyə görə düşmən İslamla rahatca müharibə edə bilir. Halbuki, onun etdiyi tam olaraq cinayətdir. Amma islamçılar müdafiə etməyə qalxa bilmirlər. Bu ki, müdafiədir, cinayət deyil?
3.İslam dininə qarşı həmişə təzyiqlər olub və son illərdə bu təzyiqlər olduqca kəskin şəkildə sürətlənib. Düşmən hər cür yollara baş vuraraq, İslamı və islamçıları gözdən salaraq yox etmək istəyir. Düzdür, Allah Öz dinin qoruyub və höccətini tamamlayacağını, haqq vədi ilə buyurmuşdu: Amma müqəddəs kitabında bəndələrinə bu yolda edəcəkləri cihaddan bir çox ayələrdə təkidlə xatırladıb. "Allah hər işə qadirdi"-deməklə iş tamamlanırsa, onda Kərbəlada baş verənlər nə üçün idi? Yuxarıda qeyd etdik kafirlər, zalımlar fasiqlər, bir sözlə İslamın düşmənləri hər zamanda müxtəlif fitnələrə əl ataraq, öz mənfur niyyətlərinə çatmaq istəyiblər. Lakin qaçılmaz həqiqətlərdə dini canı və malı ilə qoruyub saxlayan bəndələr  tarixə parlaq şəkildə həkk edilib. Yəni bizlərin də bu gün yuxarıda sadalanan missiyalarda həm payımız, həm də məsuliyyətimiz var. Dinimizə hər yolla əl atıb zərər vermək, hətta ən doğrusu aradan aparmaq istəyirlər. Elə həmin fitnələrdən biri də İslam alimlərini haqsız yerə həbsə məhkum etmək pandamiya adı altında məscidləri bağlı saxlamaq, halbuki bütün iş yerləri açıqdır. Gəlin bu haqsızlıqlara və dini dəyərlərimizə olan həqarətlərə biganə qalmayaq!
Deməyə söz çoxdur. İstərdim fikirlərimə bir neçə cümlələrlə nöqtə qoyum. Ümid edirəm nə demək istədiyimi hər kəs anlayacaq.
Söhbətimizin mövzusu və həssas nöqtəsi 2020-ci ilin fevral ayından həbsə məhkum olan ilahiyyatçı, əsl İslam alimi, elmli, helmli və əxlaqı gözəl, daima xalqına Allahın dini ayinlərindən danışan, vətən torpaqlarının azad olmasını yalnız imam Hüseyn (ə.s) məktəbindən hasil olunduğunu gənc nəsilə çatdıran hacı İham Əliyevə oxunan haqsız və ədalətsiz hökmün qarşısına çökən sükutdan bəhs olunur. And ola Allaha bu cür səssizliklər tarix boyu nəzər salsaq, insanlığa fəlakətdən başqa bir şey gətirməyib".

Xatun Etibarqızı 

Hedef14.az

  • Yazılıb
  • da (də) 2021 Apr 19
  • Göndərən جهان کمالی