Tarix : 2021 Apr 20
Kod 61156

Ruhani Hacı İlham Əliyevin məhkəməsi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Arannews -Maide.Az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov bildirib.
C.Cavadov bildirib ki, məhkəmədə çıxış etdim və Hacı İlham Əliyevin bəraətini istədim. "Digər vəkil çıxış üçün hazır olmadığına görə, hakim növbəti məhkəmənin Aprel ayının 29-u 12:15-ə təyin etdi." 
Qeyd edək ki,  bundan öncəki məhkəmədə çıxış edən Dövlət ittihamçısı Ruhani Hacı İlham Əliyev üçün 18 il, onunla birlikdə həbs edilən Mehman Rzayev üçün 15 il müddətində azadlıqdan məhrum etmə cəzası istəmişdi.
  • Yazılıb
  • da (də) 2021 Apr 20
  • Göndərən جهان کمالی