Tarix : 2021 Apr 22
Kod 61164

ABŞ: İran dronları Amerikanın tam hava üstünlüyünü əngəlləyib

ABŞ-ın terror təşkilatı olan Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandiri Kennet Makkenzi İranın pilotsuz təyyarələrinin gücünü etiraf edib
Arannews :K. Makkenzi Amerika Nümayəndələr Palatasının silahlı qüvvələr xidməti komitəsinə verdiyi hesabatda deyib: “İranın kəşfiyyat və hücum məqsədilə kiçik və orta ölçülü dronlardan geniş şəkildə istifadə etməsi Koreya müharibəsindən sonra ilk dəfə olaraq bizim heç bir tam hava üstünlüyünə sahib olmadan əməliyyat keçirməyimizə səbəb olmuşdur.”
“Bloomberg” xəbər agentliyinin bildirdiyinə görə, K. Makkenzi İranın dron gücü barədə xəbərdarlıq edərək deyib: “Bölgədə pilotsuz hava qurğularını tanımaq və məhv etmək üçün şəbəkə gücü yaratmayınca, üstünlük hücumçu tərəflə olacaq.”
Amerika terror təşkilatının (CENTCOM) komandiri iddia edib ki, İran Amerika hərbçiləri və onun bölgədəki müttəfiqlərinə qarşı gündəlik təhdiddir və ABŞ-ın Yaxın Şərqdəki hərbi üstünlüyü zəifləyir.
Qeyd edək ki, bu K. Makkenzinin İranın hərbi gücünü bildirən ilk etirafı deyil. O, şəhid general polkovnik Qasim Süleymanin ABŞ tərəfindən terror edilməsindən sonra da Pentaqona xəbərdarlıq edərək İranın Qüds qüvvələrinin komandiri Qasim Süleymaninin intiqamını almağa qadir olduğunu demişdi.
  • Yazılıb
  • da (də) 2021 Apr 22
  • Göndərən جهان کمالی