Ermənistanın baş naziri Naxçıvandan dəhliz istəməklə Azərbaycanı çətin vəziyyətdə qoydu.
Arannews:Azərbaycanlı politoloqlar deyirlər ki, Paşinyanın Zəngəzur ərazisinə, o cümlədən Meğriyə səfərinə qarşı kəskin etirazların təşkil edilməsi bir daha göstərir ki, qonşu ölkədəki müxtəlif xarici güclər tərəfindən yönləndirilən revanşist qüvvələr Naxçıvana dəhlizin açılmasına qarşı güclü dirəniş göstərməyə çalışırlar. İrəvandakı siyasi dairələr isə Meğri dəhlizinin açılması üçün Azərbaycana qarşı daha ağır şərtlər irəli sürülməsinə cəhd göstərirlər.
Bu arada erməni politoloq “Sputnik Aremeniya”ya açıqlamasında Azərbaycana qarşı sürüləcək yeni şərtlərdən danışıb.
Politoloqun fikrincə, azərbaycanlıların Meğridən keçməklə hərəkəti 2 ilkin şərtlə mümkündür. Birincisi, Rusiya sülhməramlılarının Naxçıvanda da yerləşdirməsinə razı olmalıdırlar. İkincisi, Qarabağın statusu məsələsi yerli əhalinin iradəsi ilə həll olunmalıdır” – deyə erməni politoloq qeyd edib.