Tarix : 2021 Apr 24
Kod 61170

Azərbaycan daha 3 erməni hərbçinin meyitinin qalıqlarını təhvil verib

Azərbaycan Qarabağda müharibədə ölən daha 3 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

Arannews :APA-nın verdiyi xəbərə görə, erməni hərbçilərin meyitlərinin qalıqları Ağdərə istiqamətində qarşı tərəfə verilib.
Bundan əvvəl də Azərbaycan xeyli erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.
Bununla yanaşı, erməni tərəfinin Hadrut qəsəbəsi ərazisində bu gün apardığı axtarış zamanı iki erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 13-dən bəri 1 551 erməni hərbçinin meyitinin qalıqları tapılıb.

  • Yazılıb
  • da (də) 2021 Apr 24
  • Göndərən جهان کمالی