Arannews :Prezident İlham Əliyevin sərəncamına əsasən, Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.
Qeyd edək ki, 71 yaşlı O. Şirəliyev 2005-ci ildən səhiyyə naziri idi.
Bundan əlavə Azərbaycan Prezidenti İlham Əliyev Teymur Yusif oğlu Musayevin səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam verib.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavininə, yəni Teymur Musayevə verilib.
Qeyd edək ki, T. Musayev indiyə qədər Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.