Tarix : 2008 Jul 27
Kod 6118

PKK-ya ZƏRBƏLƏR

Gecə yarısından etibarən icra edilən əməliyyat əsnasında terror təşkilatına aid 12 hədəfin hamısı vurulmuşdur
Turkyə Servisi/Aran Agentliyi
Türk Ordusu PKK hədəflərinə hava zərbəsi endirib.

İslam-Azeri-nin Türkiyə mətbuatına istinadlı xəbərinə görə Türkiyə Ordusunun Qərargahı dünən gecə saatlarında Qandil bölgəsindəki PKK hədəflərinə hava zərbələri endirildiyini bildirib.

Verilən xəbərə görə PKK-ya bağlı bütün 12 hədəflərin vurulduğu da qeyd edilir.

Türkiyə Ordusunun Qərargahının mətbuata yayılmış bəndinin bir hissəsini sizə təqdim edirik:

"Gecə yarısından etibarən icra edilən əməliyyat əsnasında terror təşkilatına aid 12 hədəfin hamısı vurulmuşdur. Vəzifələrini müvəffəqiyyətlə tamamlayan təyyarələrimiz təhlükəsizliklə hərbi hissələrinə dönmüşlər.Terrorçuların itkiləri ilə bağlı araşdırmalarımız davam edir. Terrorla mübarizə daxilində icra edilən əməliyyatlar, hərbi vəzifələrə görə yurd içində və yurd xaricində qətiliklə davam edəcək."
 
  • Yazılıb
  • da (də) 2008 Jul 27