"Müsəlman Birliyi Hərəkatı"nın sədri Tale Bağırzadə Bakının Nardaran qəsəbəsində şəhid dəfnində baş verən məmur özbaşınalığı ilə bağlı bəyanat yayıb.
Arannews-Rakurs.tv-yə daxil olan bəyanatı olduğu kimi təqdim edirik:
"Nardaranda Şəhidin dəfninə kənd sakinlərinin gəlməsinə maneə yaradan polisin provakativ addımı şəhidə hörmətsizlik və vətəndaşı qarşıdurmaya çəkən vəhşilikdir. Əhalinin şəhidi son mənzilə yola salmaq üçün dəfndə iştirakı nə böyük problemdir ki, buna polis sərt müdaxilə edir? Ölkədə bütün prosesləri zorakı təsiri altına alan hakimiyyətin bununla xalqın rəğbətini deyil, nifrətini qazanması şübhəsizdir. Şəhidin ruhuna olan bu hörmətsizliyə və hakimiyyətin pandemiyanı bəhanə edərək xalqın heysiyyəti ilə oynamasına son verilməlidir.
Biz, hakimiyyətin bu zoraki addımını qınayır və mövcud hadisədə günahkarların cəzalanmasını tələb edirik.
Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri.
Qobustan Həbsxanası.
27.04.2021".