Tarix : 2021 Apr 29
Kod 61193

AXCP fəalı məhkəmə zalında stress keçirib

Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə həbs edilən şəxslərin cin

Arannews : iki polis əməkdaşı ifadə verib və ittiham olunan şəxlsəri tanımadığını bildirib. Bir polis əməkdaşı ittiham edilənlərdən birini, Asif Yusiflini hadisə yerində gördüyünü deyib.
Polis əməkdaşları ifadə verən zaman ittiham edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Baba Süleyman stressə düşüb, təcili tibbi yardım dəvət edilib.
Baba Süleyman bildirib ki, o, 2018-ci ildən panik atak xəstəliyinin ( anidən stressə düşmə -red.) daşıyıcısıdır.
“Həkimlər qapalaı yerlərdən, stress olan və isti hava olan yerlərdən uzaq olmağımı məsləhət bilir. Həkimlər bildirir ki, məndə xətəlik daha da ağırlaşmaqdadır, panik atakdan panik pozulmaya doğru gedir. İndi də məhkəmə zalında şahid polis işçiləri ifadə verdi, hakim vəkillərin vəsatətlərini qəbul etmədi. Şahidlər ümumiyyətlə olmayan şeyləri danışırlar. Bundan stress keçirdim panik vəziyyətə düşdüm. Təcili tibbi yardım çağırdılar. Həkim müdaxiləsindən sonra özümə gəldim,” o qeyd edib.
Bundan sonra məhkəmə iclası mayın 4-dək təxirə salınıb.
Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında olub.
Bu qrupda 12 nəfər məhkəmə qarşısına çıxarılır. Onlardan 6 nəfəri, Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleyman, Məhəbbət Nağıyev, Ceyhun Novruzov və Gündüz Mirzəyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır.
Ümumilikdə cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var.
Təqsirləndirlən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfər isə Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları bitərəflərdir.
2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.
Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.
Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.
AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.
“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.
AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.
Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılanların hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

  • Yazılıb
  • da (də) 2021 Apr 29
  • Göndərən جهان کمالی