“Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizləmə mərkəzinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağ ərazisini mina təhlükəsi və partlayıcı obyektlərdən təmizləməyə davam edir”.
Arannews-Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildirilib.
Məlumata görə, hazırda Rusiya hərbçiləri Xocalı rayonu ərazisində yerləşən Pircamal kəndinin kənarında partlayıcı maddələr axtarır.
“Burada əkinçilik ərazilərində, döyüş əməliyyatları zamanı hərbi mövqelər var idi.
Bu günə qədər yerli sakinlər kənd təsərrüfatı işlərini davam etdirə bilmədilər. Keçmiş hərbi mövqelərin ərazisindəki iş zamanı ərazi Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənməsi bölməsinin istehkamçıları tərəfindən tamamilə təmizləndi.
Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri humanitar minatəmizləmə bölməsinin hərbi qulluqçuları tərəfindən 2051 hektar ərazi, 625 kilometr yol, 1721 bina, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənərək, zərərsizləşdirilib.
İstehkamçılar tərəfindən aşkarlanan partlayıcılar xüsusi təchiz olunmuş Ballıca təlim meydançasında çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən sursat, partlayış əməliyyatları zamanı bütün lazımi təhlükəsizlik tədbirləri ilə yerində məhv edilir”, - deyə Rusiya MN-dən bildirilib.