Ramazan ayının 19-cu gününün münacatında yer alan mənəvi mesajlardan biri budur ki, qazandığımız və əldə etdiyimiz sərvətə xeyir-bərəkəti yalnız Allah verir və Mütəal Allah bu bərəkəti verməsə, nemətdən bəhrələnmədən o tükənmiş olacaq.
Arannews :
اَللّـهُمَّ وَفِّرْ فيهِ حَظّي مِنْ بَرَكاتِهِ، وَسَهِّلْ سَبيلي اِلى خَيْراتِهِ، وَلا تَحْرِمْني قَبُولَ حَسَناتِهِ، يا هادِياً اِلَى الْحَقِّ الْمُبينِ
Duanın oxunuşu: Əllahummə vəffir fihi həzzi min bərəkatih, və səhhil səbili ila xəyratih, və la təhrimni qəbulə həsənatih, ya hadiyən iləl həqqil mubin.
Duanın tərcüməsi: İlahi, bu ayın bərəkətlərindən mənim qismətimi artıq et. Bu ayda xeyir əməllərin yolunu mənim üçün asanlaşdır. Məni bu ayın yaxşı əməllərinin qəbulundan məhrum etmə. Ey aşkar həqiqətə doğru hidayət edən!
FTAR DUASI
اَللّـهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
19-cu gün - 50 rukət (Hər rukətdə 1 Həmd, 1 Zəlzələ)