Tarix : 2021 May 03
Kod 61207

Ermənistan-Azərbaycan sərhədində düşmən təxribatı

Sosial şəbəkələrdə Ermənistan-Azərbaycan sərhədində baş verən mübahisənin videgörüntüləri yayılıb.

Arannews-Modern.az xəbər verir ki, hadisə ilə bağlı rəsmi məlumat olmasa da, mübahisənin  Ermənistan-Azərbaycan sərhədinin Zəngilan rayonu istiqamətində baş verdiyi bildirilir.
Görüntülərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə düşmən  hərbçilər arasında mübahisə əks olunub.
Bəzi məlumatlarda hərbçilərimizlə mübahisə edənin əslində ermənilərin tərəfini tutan rusiyalı zabit olduğu söylənilir.

Videodan aydın görünür ki, hərbçilərimizi təxribata çəkmək istəyirlər.
Sərhədimizə gələn düşmən tərəfin hərbçiləri ərazimizə soxulmağa çalışır. Lakin yüksək hazırlıqlı Azərbaycan sərhədçiləri qarşısında duruş gətirə bilməyən düşmən zabit və əsgərləri gülünc vəziyyətə düşürlər. 
Bu görüntülərdə Azərbaycan hərbçilərinin təmkinli davranışı diqqət çəkir...  

  • Yazılıb
  • da (də) 2021 May 03
  • Göndərən جهان کمالی