Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində mina problemi düyünə düşüb. Ermənistan bu məsələnin həllinə kömək etmək istəmir.
Arannews :bu gün işğaldan azad olunmuş, tamamilə dağıdılmış və məhv edilmiş ərazilərin minalardan təmizlənməsi problem də var. Bu gün Azərbaycanın həmin torpaqlarda abadlıq-quruculuq işləri aparmasına, iqtisadi layihələrin reallaşdırılmasına başlamasına əsas maneə məhz minalardır. Buna görə də Azərbaycan Türkiyə və Rusiya da daxil olmaqla, bəzi ölkələrlə əməkdaşlıq çərçivəsində Qarabağın minalardan təmizlənməsi istiqamətində geniş iş aparır. Bu yaxınlarda bəzi digər dövlətlər, o cümlədən İran İslam Respublikası da Azərbaycana bu işdə yardım göstərməyə hazır olduqlarını bildiriblər.
Azərbaycanın dövlət orqanlarının məlumatına görə, Dağlıq Qarabağ müharibəsi başa çatdıqdan sonra azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində yüzdən çox insan həlak olub və ya yaralanıb.
Problemi daha da çətinləşdirən məqam Ermənistanın minalı ərazilərin xəritələrini Bakıya təqdim etməkdən boyun qaçırmasıdır. Artıq Azərbaycan məsələni beynəlxalq qurumlarda da qaldırıb.
Bu azmış kimi, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin Dağlıq Qarabağda minaların təmizlənməsi işində iştirak etmək üçün BMT-yə müraciət etdiyini, lakin müraciətə bu günədək cavab almadıqlarını bildirib. Bölgədə saysız-hesabsız minanın basdırıldığını, bu üzdən də insanların həmin ərazilərə qayıda bilmədiklərini vurğulayan Şoyqu deyib: “BMT-nin Minalardan Təmizləmə Mərkəzinin də prosesində iştirak etməsini istəmişik. Lakin onlar hələ də bölgəyə heç kimi göndərməyiblər”.
Azərbaycan prezidenti İlham Əliyev isə ölkəsinin minaların təmizləməsi prosesini sürətləndirmək üçün müasir avadanlıqlardan istifadə edəcəyini deyib, təmizləmə prosesini həyata keçirən qruplarının sayının artırılması üçün lazımi tədbirlərin görüldüyünü bildirib.