Tarix : 2021 May 05
Kod 61217

Ramazan ayının 22-ci gününün duas

Ramazan ayında edilən xeyir və ibadətlərə qat-qat artıq savab verildiyi üçün adi günlər kimi keçirməməliyik...
Arannews:
اَللّـهُمَّ افْتَحْ لى فيهِ اَبْوابَ فَضْلِكَ، وَاَنْزِلْ عَلَيَّ فيهِ بَرَكاتِكَ، وَوَفِّقْني فيهِ لِمُوجِباتِ مَرْضاتِكَ، وَاَسْكِنّي فيهِ بُحْبُوحاتِ جَنّاتِكَ، يا مُجيبَ دَعْوَةِ الْمُضْطَرّينَ
Duanın oxunuşu: Əllahumməftəh li fihi əbvabə fəzlik, və ənzil ələyyə fihi bərəkatik, və vəffiqni fihi limucibati mərzatik, və əskinni fihi buhbuhati cənnatik, ya mucibə də`vətil muztərrin.
Duanın tərcüməsi: İlahi, bu gün Öz ehsan qapılarını mənim üzümə aç və Öz bərəkətlərini mənə nazil et. Məni bu gün Sənin razılığına səbəb olan əməlləri yerinə yetirməyə müvəffəq et. Məni Öz cənnətinin ortasında (ən gözəl yerində) məskunlaşdır. Ey çarəsizlərin duasını qəbul edən!
İFTAR DUASI
اَللّـهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
2-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)
  • Yazılıb
  • da (də) 2021 May 05
  • Göndərən جهان کمالی