Aprelin 29-da Azərbaycan İslam Partiyasının (AİP) sədir əvəzi İlham Əliyevin məhkəməsi keçirilib.
Arannews-Vetenugrunda.az-ın verdiyi xəbərə görə, ruhani Hacı İlham Əliyevin növbəti məhkəməsi 6 may 12:30-a təyin edilib.
İlham Əliyevin məhkəməsi qapalı keçirilir, hətta media nümayəndələri də məhkəməyə buraxılmır.
Qeyd edək ki, Hacı İlham Əliyev bu ilin fevral ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürülüb. Hacı İlham Əliyev barəsində bundan öncə iki dəfə 4 ay müddətinə həbs qərarı çıxarılıb.