Tarix : 2021 May 06
Kod 61219

Qüds Günü astanasında Fələstində baş verən hadisələr

Yeni “HAR HOMA” planı və Şərqi Qüdsdə Fələstin seçkiləri

Yaxın Şərq və Fars körfəzi ölkələrinin bir çoxu Amerikanın sabiq prezidenti Trampın “əsrin sazişi” planını dəstəklədi və “İsrail” ilə diplomatik münasibətlər qurdular. Nəticədə Fələstin xalqı və Beytül-müqəddəs daha çox tək qaldı.
Arannews :Doğan Bekin, Türkiyə Yenidən Rifah Partiyası sədrinin beynəlxalq işlər üzrə müavini
Yaxın Şərq və Fars körfəzi ölkələrinin bir çoxu Amerikanın sabiq prezidenti Trampın “əsrin sazişi” planını dəstəklədi və “İsrail” ilə diplomatik münasibətlər qurdular. Nəticədə Fələstin xalqı və Beytül-müqəddəs daha çox tək qaldı. Sionist rejiminin təhlükəsizlik qüvvələri bundan daha da cürətləndilər, Ramazan ayının ilk günlərində Beytül-müqəddəsin ən strateji məntəqəsi olan Şam (Dəməşq) darvazası və Babul-Amud bölgəsini işğal etməyə, Beytül-müqəddəsə gedən yola tam nəzarəti ələ keçirməyə səy etdilər. Lakin fələstinlilərin sərt müqaviməti nəticəsində geri çəkilməyə məcbur oldular. Sionist rejiminin baş naziri Netanyahu təhlükəsizlik qüvvələrinə bölgəni tərk etməyi göstəriş verdi.
Sionist rejimi Şərqi Beytül-müqəddəsdə bu addımları həyata keçirməklə Qüdsü tamamilə öz nəzarətinə almaq, Fələstin əhalisini tədricən oradan çıxarmaq istəyirdi. Onun bu iş üçün əsas dəlili Amerikanın sabiq prezidenti Trampın Qüdsü “İsrail”in paytaxtı kimi tanıması idi. Əslində işğalçı sionist rejimi bu yanaşma ilə səy edirdi ki, 22 may 2021-ci il tarixində keçiriləcək  Fələstin seçkilərində Şərqi Qüdsün iştirak etməsinin qarşısını alsın. Elə həmin məqsədlə də seçkilərə namizəd olmaq istəyən fələstinliləri həbs edirdi. Doğrudan da, sionist rejiminin bu hərəkəti çox xoşagəlməzdir.
Bundan əvvəl sionist rejimi qüvvələrinin Roş-Ha-Şana (yeni il) bəhanəsi ilə Məscidül-Əqsaya qarşı “təhlükəsizlik əməliyyatı” bizi 1890-cı ildə Fransanın “La France juive” jurnalında dərc edilmiş Édouard Drumontun anti-sionizm məqaləsinə yenidən baxmağa sövq etdi. Drumont öz məqaləsində açıqsasına yazır ki, o zaman Avropanın qızıl ticatətini əlinə almış sionistlər üçün heç bir ölkə, o cümlədən Fransa önəm daşımayıb. Ona görə də sionistlər dünyaya gəldikləri və böyüyüb-başa çatdıqları vətənə elə də əhəmiyyət vermirlər.
Roçeldz, Erlanger, Hirş, Efrussi, Bamberger, Kamondo, Stern, D'Anvers kimi bir sıra beynəlxalq maliyyə üzvləri o vaxt Avropada toplanmışdı. Onlar bir tərəfdən öz sərvətlərini artırır, digər tərəfdən də sionist dövləti yaratmaq üçün Teoder Hertslə pul göndərirdilər. Wickham Steed “Hapsburg Empire” kitabında oxşar mövzunu vurğulayır. Onun yazdığına görə, 1890-cı ildə təkcə Avstriyada maliyyə işləri ilə məşğul olan sionistlər 71 faiz idi.
Sionist İsrailin tədriclə hal-hazırkı vəziyyətə gəlib çıxmasının əsas səbəbi ona dəstək verən həmin böyük maliyyə gücü idi. Bugün də həmin güc sionist rejimini qorumaq üçün öz fəaliyyətini davam etdirir. Ona görə də bir çox təşkilatlar, xüsusilə də BMT işğal edilmiş ərazilərdə Məscidül-Əqsaya hücum qarşısında susmağa üstünlük verir.
Sionistlər Nasist Almaniyası dövründəki  Daxau həbs düşərgəsində olduğu kimi fələstinliləri tamamilə mühasirədə saxlamağa təlaş edir, onlara qarşı psixoloji təzyiq göstərir və ayrıseçkilik edirlər.
Bunun son nümunəsi də Roş-Ha-Şana bəhanəsi ilə Məscidül-Əqsada baş verdi. Bu addımda əsas məqsəd Məscidül-Əqsanı yeni metodla dağıtmaq, onun yerinə Üçüncü məbəd tikmək idi.
5 iyun 1967-ci ildə baş vermiş 6 günlük müharibədən sonra sionist “İsrail”in həyata keçirdiyi ilk iş Burak divarı məntəqəsini genişləndirmək, Səlahəddin Əyyubi dövründən qalmış və vəqf torpaqlar olan Məğrib məhəlləsini dağıtmaq, onu Ağlama divarına birləşdirmək idi. Habelə, 2004-cü ildə Ağlama divarından Məscidül-Əqsaya gedən dəhlizi bağladı.
21 avqust 1969-cu ildə sionist təfəkkürünü öz həyat tərzi olaraq seçmiş Denis Michael Rohan Məcsidül-Əqsanı yandırdı. Diqqəti çəkən mövzu bu idi ki, həmin yanğın hadisəsində yəhudi rəsmiləri Məscidül-Əqsanın suyunu kəsdilər, yanğınsöndürənlərin müdaxiləsini təxirə saldılar.
Deməli, sionist əsgərlərinin Məscidül-Əqsaya qarşı qadağa və zorakı hərəkətlərinin əsas səbəbi Üçüncü məbədin yenidən bərpa və inşası olmuşdur. Ona görə də sionst işğalçılarının Məscidül-Əqsa, Dəməşq darvazası və Babul-Amudda gözətçilərə qarşı gözyaşardıcı qaz və plastik güllələrlə hücum edilməsini təsadüfi saymaq olmaz.
Sionist rejimi təlaş edir ki, Yaxın Şərqdə müsəlmanları bir-birlərinin əli ilə qətlam etməklə, asanlıqla öz məqsədinə çatsın. Müsəlmanlar sionist rejiminin bu təhlükəli addımı ilə mübarizə aparmaq üçün birlik göstərməklə bu mövzuda öz həqiqi iradəsini sübut etməlidir.
Liberal Aharon Barakın sözlərinə əsasən, “İsrail” dövləti müharibədən sonra 1967-ci ildə Təhvid əl-Cəlil bölgəsində yəhudi cəmiyyətini artırmaq məqsədilə məskunlaşma planını icra etməklə bu torpaqlarda yəhudi dövlətini qura bildi.
Hətta Təl-Əviv Universitetində hüquq üzrə professor və sabiq baş nazir Ehud Olmertin nazirlər kabinetinin ədliyyə naziri olmuş Daniel Freedman fələstinlilərin hüquqlarını tapdalayıb hazırkı baş nazir Benyamin Netanyahu ilə oxşar nəzərə sahib siyasətçilərin başında dayanırdı.
David Ben-Quriondan sonra ən uzun zaman baş nazir olmuş Netanyahu seçkilərdən qabaq verdiyi açıqlamada Şərqi Qüdsü yəhudilərin üzünə açmaq və bu bölgədə qəsəbə salmaq istədiyini elan etdi. Belə nəzərə gəlir ki, bu bölgədə yeni qəsəbələr inşa etmək onun üçün ciddi problemlər yaradacaq.
Bütün müsəlmanlar bu məkirli plan qarşısında birləşməlidir. Çünki Qüds bütün müsəlmanlar üçün müqəddəslərdən biri, ilk qiblə və iman məsələsidir.
Ayətullah Xomeyninin (r) dediyi kimi, bir sıra müsəlman ölkələri sionist rejiminin maraqlarını qoruyur, bir sıra müsəlman ölkələri, xüsusilə də Fars körfəzinin “Amerika islamı”, yaxud “qızıl islamı” adlanan ölkələri Fələstin mövzusuna diqqət yetirmirlər. Ona görə də nəticə hal-hazırda göründüyü kimidir. Hal-hazırda Yaxın Şərq dövlətlərinə hökmranlıq edənlər sionist rejimi ilə ortaq siyasət yürütməyə və Fələstin xalqının müqavimətindən uzaqlaşmağa çalışırlar. Onların bu hərəkətini heç cür yozmaq mümkün deyil.
İordaniya kralı Abdullahın 26 yanvar 1982-ci ildə London Times-ə verdiyi açıqlama göstərdi ki, onlar İranda hakimiyyətə gəlmiş yeni quruluşu özləri üçün sionizmdən daha təhlükəli hesab edirlər. Həmin mövzu bu məsələnin ən mühüm səbəbi ola bilər. Lakin bölgə xalqlarının İrana baxışı fərqlidir. Ərbəkanın: “İranda qüdrətdə, lakin Türkiyədə bir-birimizlə müxalifətdəyik” sözləri əslində siyasi bir istidlal idi və ona çox diqqət yetirmək lazımdır.

 
  • Yazılıb
  • da (də) 2021 May 06
  • Göndərən جهان کمالی