Tarix : 2021 May 06
Kod 61220

Fələstini işğal edənlər özlərini Qafqaza çatdırıblar

Fələstin torpaqlarını işğal etdikdən sonra növbə Qafqaza çatıbmı?!-Təhlil

Sionist rejimi Qüdsü işğal etdikdən sonra öz strateji və işğalçı diqqətinin bir hissəsini Qafqaz və Orta Asiya səmtinə yönəldib. Ona görə də bu bölgə müsəlmanları qabaqkından daha çox ayıqlıq göstərməlidir.
Arannews- İslam elə bir dindir ki, hətta möminlərə də qəsbi evdə Allaha ibadət etməyə icazə vermir. İslam dinində insanların hüquqlarına riayət, ədalət və tövhid arasında mənalı bir əlaqə vardır. Baxmayaraq ki, bir çoxları tarixi təhrif etməklə, müsəlmanların İslamı qələbə yolu ilə tərvic etməsini göstərməyə səy ediblər. Lakin müasir tarix kimlərin qəsb, imperializm və güc yolu ilə öz kimliyini qəbul etdirməyə çalışdığını sübut edir.
Fələstin, Kəşmir, Qarabağ və digər bölgələrdə müsəlmanların torpaqları və evləri işğal olur, insanlar öz evlərindən çıxarılır, hüquqları tamamilə tapdalanır, lakin dünya camiəsi, beynəlxalq təşkilat və konvensiyalar bu qeyri-tövhidi və qeyri-insani əməllər qarşısında susur.
Qərb liberalizmi və yəhudi faşizminin qarışığından əmələ gəlmiş qondarma sionist rejimi İslam ümmətinin mərkəzində qəsbkarlıqla özü üçün qərargah açıb və böyük şeytan olan Amerika və imperializmin İslam ümməti arasında təfriqə yaratmaq istiqamətindəki siyasətlərini hər vasitə ilə olursa-olsun həyata keçirməyə can atır, hər yerdə İslam xalqları və dövlətləri arasında təfriqə yarada biləcəyini hiss edirsə, ora daxil olur.
Hindulara silah verib müsəlman övladlarını, fələstinli uşaqları qətliam etdirirlər, İrəvan faşistlərini səfirlik açmaq üçün işğal edilmiş ərazilərə dəvət edirlər ki, Qafqaz şiələrinə qarşı qalxmaq üçün onlara silah versinlər.
Ağrılı məsələ budur ki, fələstinli uşaqların və müqavimət əsgərlərinin qətliamının xərcini də ölkə başçıları satqın olan müsəlman xalqların cibindən verirlər və həmin pullarla İslam ümməti arasında təfriqə yaradırlar.
İslam oyanışı nəzəriyyəsinin başlamasından iki yüz il ötür, lakin çox təəssüflüdür ki, hələ də İslam dünyanın dövlətləri arasında sionist rejiminin, yəni böyük şeytanın İslam aləmində qərargahının mahiyyətini yetərincə tanımayanlar vardır.
Daha mühüm məsələ budur ki, sionist rejimi son illərdə öz strateji diqqətini Qafqaz və Orta Asiya səmtinə yönəldib. Ona görə də bu bölgənin müsəlmanları qabaqkından daha çox ayıqlıq göstərməlidir.
Hacipur, Qafqaz məsələləri üzrə ekspert

 
  • Yazılıb
  • da (də) 2021 May 06
  • Göndərən جهان کمالی