Tarix : 2021 May 06
Kod 61221

Şəhidlər təkcə bir millətə deyil, ümmətə məxsusdurlar (MƏQALƏ)

Şəhid Allahın vədlərinə, bizim görə bilmədiyimiz həqiqətlərə şahid olduğu üçün Şəhid aldlandırıldı.

Arannews :Bakı, 5 may, SalamNews. Şəhidə bu adı Allah verdi.
Şəhid Allahın vədlərinə, bizim görə bilmədiyimiz həqiqətlərə şahid olduğu üçün Şəhid aldlandırıldı. 
Şəhid dini bir termindir. Bu, mübahisəzdir. Dini meyarları qəbul etməyən birinin şəhid sözündən istifadə etməsi özünüinkardır. Başqa sözlə ifadə etmək, ehtiram etmək, hətta müqəddəsləşdirmək olar. Amma bu ilahi təbirdən istifadə edib, bu təbirə dəyər və məna verən sistemi inkar etmək absurddur. 
Dini dəyərlər heç bir ölkəyə, millətə aid olmadığı kimi, şəhidlər də bir ölkəyə vəya xalqa məxsus deyillər. Şəhid bir tərəfdən azadlıq, digər tərəfdən məzlumiyyət nümunəsi olaraq, hətta müsəlman olmayan xalqlar tərəfindən sevilir, ehtram edilir. Yeri gəldiyində bu bizim dünya xalqlarından haqlı gözləntimizdir də. İllərdir "Xocaliya ədalət" hayqıraraq, dünyanın vicdanlı insanlarını bu məzlum şəhidlərin haqqını tanımağa çağırmırıqmı? 
Əziz peyğəmbərimizin (s) civarında döyüşərək, islamın çətin günlərində canını əsirgəməyən şəhidlər bizə niyə əzizdir? Əsrlər ötsə də, Bədr, Ühüd, Xeybər şəhidləri sanki bizim atamız, qardaşımız deyilmi? 
Bizlər şəhidlər sərvəri Hüseynə (ə) göz yaşı tökərək şəhadəti dərk etmədikmi? 
Bədrdən Kərbəlaya, Kərbəladan buraya qədər bütün şəhidlərimiz bizim üçün müqəddəsdir. İrqindən, millətindən asılı olmayaraq. 
Şəhidlər arasında irqi, milli ayriseçkilik aparmaq onların yollarına xəyanətdir. Onların ruhunu incitməkdir. Onlari kiçik düşürmək, dünya boyda əzəmətlərinə kölgə salmaqdır. 
Quranın buyurduğu kimi, necə gözəl dostlardır onlar... (4:69)

Şəhidlərimiz başımızı ucaltdılar. Bizi dünyaya tanıtdılar, sevdirdilər, hörmət, diqqət qazandırdılar.
Yeri gəlmişkən, bu yaxınlarda İran İslam Respublikasının ən ali beynəlxalq mükafatlarından biri olan, "Şəhid Qasim Süleymani" fədakarlıq medalının təsis heyəti tərəfindən bu medalın əzız şəhidimiz General Polad Həşimova verilməsi yekdilliklə qəbul olunmuşdur. Bu, çox böyük hadisədir. Bu medal ilk olaraq, şəhid generalın qızı Zeynəb Süleymaniyə, daha sonra Şəhid İmad Muğniyə, Şəhid Əhməd şah Məsud kimi islam dünyasının əfsanəvi komandirlərinə verilmişdir. 

İranın ali dini lideri Ayətullah Xameneyinin Azərbaycandakı nümayəndəsi, böyük din alimi Seyid Əliəkbər Ocagnejad və fövqəladə və səlahiyyətli səfir Seyyid Abbas Musəvinin şəxsən şəhidin evini ziyarət edərək bu ali mükafatı təqdim etmələri qürurverici xəbər idi. 

Cənab səfirin xüsusilə ikinci Qarabağ müharibəsi zamanı təlaşları və ölkəmizdəki fəlaiyyəti Azərbaycan xalqı tərəfindən izlənirlir və təqdir olunur. Bədxahların nə danışmasindan asılı olmayaraq, Seyyid Abbas Musəvi Azərbaycanda öz siması ilə tanınan, sevilən bir neçə səfirdən biridir.

  • Yazılıb
  • da (də) 2021 May 06
  • Göndərən جهان کمالی