Tarix : 2021 May 07
Kod 61224

Qüds Günü və İsrailin sonunun yaxınlaşması

İsrail üçün təhlükəsizlik adlı bir anlam qalmayıb-Təhlil
Arannews :Bugün İsrail 70 ildən sonra hələ də Amerika və Avropanın iqtisadi və hərbi yardımı olmadan duruş gətirə bilmir. Bir neçə gün qabaq müqavimət raketlərinin Dimonaya çatması bütün dünyaya sübut etdi ki, İsrail üçün təhlükəsizlik adlı bir anlam qalmayıb və müqavimət cəbhəsinin atom bombasına, yaxud kütləvi qırğın silahlarına ehtiyacı yoxdur; İsrailin daxilində yerləşən kütləvi qırğın silahları istehsalı mərkəzlərini vursa, bütün İsrailin məhv olması üçün kifayətdir.
Səhər Beynəlxalq Qüds Günüdür. Yeri vardır ki, Fələstinin məzlum xalqının vəziyyətindən söz açaq. Çünki başqalarının səhvinin bədəlini ödəyən onlar oldular.
Dünyanın bir çox ölkələrində, xüsusilə də Avropada yəhudilər ən pis qeyri-insani rəftarlarla üzləşdiyi bir vaxt, Fələstin əhalisi evlərinin qapılarını onların üzünə açdılar, onlara heç bir narahatlıq hissi keçirmədən, Fələstinin digər sakinləri kimi bu torpaqlarda yaşamağa icazə verdilər.
Ümumiyyətlə, Fələstin, Livan, Suriya və İordaniyanı əhatə edən Şam bölgəsində əsrlər boyu müxtəlif dinin ardıcılları, müxtəlif tayfa və məzhəblər bir-birinin yanında əmin-amanlıqda və şad-xürrəm yaşamışdır. Lakin avropalılar, əsasən də ingilislər ora ayaq açdıqdan sonra onların arasında kin-küdurət, düşmənçilik və təfriqə pik həddə çatdı, bir-birlərinin canına düşdülər.
Səbəbsiz deyil ki, həmişə deyirlər: “ingilislərin siyasəti təfriqə sal, hökumət et” təfəkkürü üzərindədir.
Bir çox hallarda sonradan İsrailin kəşfiyyat təşkilatına çevrilmiş həmin təhlükəsizlik qurumları hətta bəzi yəhudiləri öldürərək, günahı fələstinlilərin üzərinə atmış, iki xalq arasında qarşıdurma və müharibə yaratmışdır.
Osmanlı qüvvələrinə Kamal Atatürkin komandanlıq etdiyi zaman onun Dardanel və Bosfor boğazlarında ingilislər və Qafqazda ruslar üzərində uğurlarına baxmayaraq, birdən-birə Şamda döyüşlərdən əl çəkdi, Osmanlı hökumətini sülh etməyə və Fələstin də daxil olmaqla ərəb bölgələrini buraxmağa qane etdi. Həmin mövzu sonda Osmanlı İmperiyasının dağılmasına səbəb oldu və sonuncu İslam xilafəti oldu. Elə bu səbəbdən Türkiyənin bir çox islamçıları bugün Atatürkü ingilis və yəhudilərlə əməkdaşlıqda ittiham edirlər.
1948-ci ildə qondarma İsrail dövləti yarandıqdan sonra dünyanın müxtəlif yerlərdən sərvətli, peşəkar və təhsilli yəhudilər Fələstinə sel kimi axışmağa başladı. Onların hüzuru və dünyanın hər yerindən yəhudilərin geniş siyasi nüfuzunun himayədarlığı ilə İsrailin birdən-birə bölgənin və dünyanın iqtisadi və hərbi gücünə çevriləcəyi gözlənirdi. Lakin İranda İslam İnqilabından sonra ilk dəfə olaraq İsrailə hakim ideologiyanın qarşısında digər bir ideologiya zühur etdi və bu ideologiya İsraili məhv etməyə qadir olduğunu göstərdi.
Mübarək Ramazan ayının son cümə gününü Qüds Günü kimi seçməyin digər incəlikləri də vardır ki, o vaxt çoxları bunun səbəblərini bilmirdilər. Amma zahirən İmam Xomeyni (r) bilirdi ki, bir gün Fələstin ideyalarını dəstəklədiklərini iddia edən həmin ərəb ölkələrinin iç üzü açılacaq, onların Fələstin xalqına əl uzatmaq əvəzinə, İsraillə əl-ələ verdikləri, Fələstin ideyalarını məhv etmək istədikləri aşkara çıxacaq. Qüds Günü müsəlmanların ilk qibləsinin hara olduğunu və hələ də işğalda qaldığını hamıya xatırladır.
Amma daha önəmli mövzu odur ki, bugün İsrailin daxili vəziyyətinin təsis olduğu zamanla müqayisədə bərk dəyişdiyini görürük.
Bugün İsrail 70 ildən sonra Amerika və Avropanın iqtisadi və hərbi dəstəyi olmadan duruş gətirə bilmir.
Artıq İsraildə gözləntisiz və ortaq həyat tərzi öz yerini gözləntili və dəbdəbəli həyat tərzinə verib, beləliklə bu rejimi günbəgün məhvə doğru sürükləyir. 5 ardıcıl seçki ilə sabit dövlət qura bilməmək vəziyyətin hansı yerdə olduğunu nümayiş etdirir.
Baş nazirin korrupsiyada ittiham olunması, öz postunu qorumaq üçün bütün ideyaları qurban verməyə hazır olması, İsrail ideyası adlı bir armanın artıq mövcud olmadığını deməyə haqq verir. Netanyahu belə düşünürsə və belə davranırsa, başqalarından nə gözləmək olar?!
Bu günlərdə İsrailin daxilində sosial və iqtisadi vəziyyət elə bir çətin durumdadır ki, dünyanın uzaq yerlərindən İsrailə mühacirət etmiş yəhudilərin çoxu əvvəl yaşadıqları ölkələrə qayıdır, qalan yəhudilər də çarəsizlikdən qalıblar.
Təhlükəsizlik sahəsində də müqavimət raketinin Dimonaya çatması bütün dünyaya sübut etdi ki, İsrail üçün təhlükəsizlik adlı bir şey qalmayıb və müqavimət cəbhəsinin atom bombasına, yaxud kütləvi qırğın silahlarına ehtiyacı yoxdur; İsrailin daxilində yerləşən kütləvi qırğın silahları istehsal edən mərkəzlərini vursa, bütün İsrailin məhv olması və yeni faciənin yaranması üçün kifayətdir.
Artıq İsrail 70 il bundan əvvəlki İsrail deyil və bütün təlaşlara baxmayaraq özünü məhv etməkdədir.
Sputnik-Doktor İmad Abşonas (məqalə xülasə edilmişdir)

 
  • Yazılıb
  • da (də) 2021 May 07
  • Göndərən جهان کمالی