Tarix : 2021 May 07
Kod 61225

Azərbaycan Ruhanilər Məclisi Hacı İlham Əliyev haqqında çıxarılan məhkəmə qərarına münasibət bildirib

Azərbaycan Ruhanilər Məclisi (ARM) Hacı İlham Əliyev haqqında çıxarılan məhkəmə qərarına münasibət bildirib.
Arannews-Maide.Az xəbər verir ki, ARM-ın açıqlmasaında bildirilir: 
“Bismillahir-rəhmanir-rəhim. 
Azərbaycan Ruhanilər Məclisi (ARM)  Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevə  verilən 16  il  müddətində azadlıqdan məhrum etməni ölkədə cərəyan edən islamafobiyanın aydın təzahürü kimi qiymətləndirir və buna öz etirazını bildirir.
 Həbsin gərçəkləşdiyi ilk gündən məsələnin  qərəzli və sifarişli olması kimsədə şübhə doğurmurdu. Bu gün qəbul olunan qərar isə bunun əyani sübutudur. Azərbacyan Ruhanilər Məclisi (ARM) bir daha həbsin özünü və həbslə bağlı amansız qərarı qətiyyətlə pisləyir." 
Azərbaycan Ruhanilər Məclisi (ARM)
  • Yazılıb
  • da (də) 2021 May 07
  • Göndərən جهان کمالی