44 günlük Qarabağ müharibəsində Azərbaycanın dini kəsiminin fəal rol ifa etməsi və onların sosial prestijinin möhkəmlənməsi Hacı İlham Əliyevə 16 il ağır həbs hökmünün çıxarılmasının əsas səbəbidir. Bu, əslində dini kəsimə xəbərdarlıq mesajıdır.
Arannews- İslami müqavimət cəbhəsin tərəfdarlarından uyğun reaksiya və ölkənin diplomatik aparatından bu nəhs hökmün çıxarılmasına öz narazılığını bildirməsi gözlənilir.
Azərbaycanda anti-İslam siyasətləri dözülməzdir.
AranNews – Bu il çətin koronavirus vəziyyətində keçirilən mübarək Ramazan ayının əzəmətli Qədr gecələrinin hər kəs üçün fərqli hiss və təsirləri var idi. Şübhəsiz, qonşuluğumuzda yerləşən Azərbaycan Respublikasındakı islamçı məhbusların Qədr gecələrində özünəməxsus və çox xalis hisləri olmuşdur. Bu arada, zindana atılmış azad ruhani Hacı İlham Əliyev Azərbaycanın zülmkar məhkəmə sistemindən 16 il həbs cəzası aldığı və təqdir ilinin ilk günü sayılan öz Qədr gecəsində hansı hislər yaşadığını Allah bilir. Onun 16 həbsə məhkum olması Azərbaycanın günahsız din xadimlərinə qarşı Bakı ədalətsiz məhkəmələrində təkrarlı və sifarişli acı mühakimə serialının yeni fəslinin son seriyası idi. Bu acı serialın qabaqkı fəsilləri Hacı Əlikram Əliyev, Hacı Mövsüm Səmədov, Hacı Tale Bağırzadə və digər azad insanların mühakiməsi ilə başlamış, Azərbaycanın məhkəmə və təhlükəsizlik sisteminin üzündən pərdəni götürərək, onun anti-İslam və qeyri-insani simasını göstərmişdi.
Hacı İlham Əliyev İslam Partiyasının həbsdə olduğu ötən bir neçə ildə bu siyasi-etiqadi partiyanın sədr əvəzi məsuliyyətini öhdəsinə alsa da, Azərbaycanın dini kəsimi arasında siyasi şəxsiyyətdən daha çox əxlaqi, azad fikirli din xadimi və mötədil sima kimi tanınmışdı. Hətta onun mötədillik davranışı bəzən bu ölkənin dini fəalları tərəfindən tənqid olunurdu. Lakin bütün bunlara baxmayaraq Azərbaycanın məhkəmə sistemi işğal edilmiş ərazilərin (hələ də işğal altında qalan Qarabağdan başqa) azad edilməsindən sonra atdığı ən önəmli addım bu gənc ruhaniyə qarşı inanılmaz və ağır hökm çıxarması oldu. Bunu da qeyd edək ki, tanınmış din xadimi Hacı İlham Əliyev ikinci Qarabağ müharibəsi başlamazdan əvvəl həbs edilmişdi.
Ona qarşı vətənə xəyanət kimi uydurma ittihamlar irəli sürülməsi, ədalətsiz və ağır həbs hökmü çıxarılmasının səbəbləri haqda bir sıra ehtimallar mövcuddur. Bəziləri bunun səbəbini tanınmış din xadiminin müxtəlif seminar və konfranslarda ilahi və dini hakimiyyət fəlsəfəsini prinsipial bəhslərlə izah etdiyi üçün Azərbaycanın sekular hakimiyyətinin qırmızı xəttini keçməsində görür; bəziləri Amerikanın vəhşi hərəkətə yol verərək general-leytenant Hacı Qasim Süleymanini terror etdikdən sonra Azərbaycan Respublikasında ilk olaraq Hacı İlham Əliyevin bu vəhşi hərəkəti pisləməsi haqda bəyanat yayması, bunun ardınca bu ölkə müsəlmanlarında sakitləşməsi mümkün olmayan hislərin yaranması, istər sosial şəbəkələrdə, vitural aləmdə, istərsə də real həyatda müqavimət cəbhəsinin böyük şəhidi ilə birgəlik nümayiş etdirmələrini onun həbs edilməsinin səbəbi kimi görürlər; bəziləri də ümumdünya Ərbəin yürüşünün azərbaycanlılar arasında geniş vüsət almasında onun rolunu həbsin zəminəsi hesab edirlər; bəzilri Amerikanın öz səfirliyini Təl-Əvivdən Beytül-müqəddəsə köçürməsi qarşısında maarifçi mövqeini həbsin səbəbi kimi dəyərləndirir; bəziləri Beynəlxalq Qüds Günündə azərbaycanlı dindarların aksiyaya toplanmasındakı roluna və onların sionist rejiminin Bakıdakı səfirliyi qarşısındakı bu toplantıdan –onların sayının çox az olmasına baxmayaraq– bu rejimin bərk narahat olmasına istinad edir və onu İslam Partiyasının sədr əvəzinin həbs edilməsinin ən mühüm amili kimi qəbul edir.
Bütün bu elementlərin Hacı İlham Əliyevə qarşı sərt davranılmasında təsirli olmasına, onun bu fəaliyyətlərinin sionistlərin və onların Azərbaycandakı əlaltılarının maraqları ilə tam təzadlı olmasına baxmayaraq, belə nəzərə gəlir ki, yuxarıda toxunduğumuz ağır həbs hökmü çıxarılmasının əsas səbəbini digər bir məsələdə axtarmaq lazımdır. Həqiqət budur ki, 44 günlük Qarabağ müharibəsində Azərbaycanın dini kəsiminin, xüsusilə də din xadimlərinin və islami müqavimət tezisinin tərəfdarı olan gənclərin fəal rol ifa etmələri –belə ki, bu mövzu onların Azərbaycanda yerinin və sosial prestijinin möhkəmlənməsinə səbəb oldu – sionist rejiminin Bakıda yürütdüyü siyasətləri ilə zidd idi. Azərbaycanda islami müqavimət cəbhəsinin əsas tərəfdarı kimi tanınan AİP sədr əvəzinə 16 il həbs hökmü çıxarılması, əslində intiqam və Azərbaycan hökumətində sionistlərə bağlı cinahın dini kəsimə, xüsusilə də islami müqavimət tezisi tərəfdarlarına sərt xəbərdarlığı, onlara bir növ məğlubiyyət hissini hakim etmək sayılır. Bu hökmün Qədr gecələrində və Qüds Günü astanasında çıxarılması sionistlərin güc nümayişi, eyni zamanda Hacı İlham Əliyevə qarşı hökmün sionistlərin sifarişi olduğunu çatdırmaqdır. Xüsusilə də ötən günlərdə sionist rejiminin Bakıdakı muzdurları olan bəzi deputatların və mediaların Azərbaycanın qondarma İsraildə səfirlik açması, yaxud Bakıda “İsrail” dostluq parkının yaradılmasına dair fikirlər səsləndirməsini nəzərə almaq lazımdır. Bundan əlavə, görkəmli din xadiminə qarşı ağır həbs hökmünün çıxarılması ilə eyni zamanda dini fəaliyyətlərin məhdudlaşdırılmasına aid yeni qanun layihəsi qəbul edildi. Azərbaycan müsəlmanlarının ziyarət səfərləri kimi dini mövzular bu layihəyə daxildir. Habelə məktəbli qızların məktəbə hicabla gəlməsinin yenidən qadağan edilməsinə dair xəbərlərin yayılması, Azərbaycanda bir sıra sionist millətçi dairələrində islami müqavimət cəbhəsinin mərkəzi kimi İrana qarşı nifrət maşınının yenidən işə düşməsi Azərbaycanda sionistlərin ağalığı ilə anti-İslam və anti-İran addımların yeni dalğasının başlandığını sübut edir.
Aydındır ki, islami müqavimət cəbhəsinin tərəfdarları Azərbaycan məhkəmə sisteminin AİP sədr əvəzinə qarşı ədalətsiz və İslama zidd hökm çıxarmasına uyğun reaksiya verməlidir. Bundan əlavə, İranın diplomatik aparatından gözlənti odur ki, Azərbaycanın bu addımından narazılıq ifadə etsin.
Həmin istiqamətdə Azərbaycanın hökumət adamlarına ikinci Qarabağ müharibəsində İranın hərtərəfli dəstəkləri qarşısında aydın və müdriklik göstərilməsini bir daha xatırlatmaq və bildirmək lazımdır ki, Azərbaycan İslam coğrafiyasının önəmli bir hissəsi kimi işğal edilmiş ərazilərinin bir hissəsini azad etməklə regional və beynəlxalq dairədə yeni vəziyyətlə üzləşmişdir. Bu vəziyyətdə Azərbaycan xalqının əsas tələbi və bu ölkənin ərazi bütövlüyü, hətta müstəqilliyi kimi Qarabağın azad edilməsi üçün Azərbaycanın müsəlman xalqının və qonşu İslam ölkələrinin onlarla birlik nümayiş etdirməsinə nail olmaq məqsədilə tədbirli olmaq lazımdır. Belə bir durumda bir sıra xəyalpərəst və sionistlərə bağlı millətçilərin aşkara, yaxud dolayısı ilə İrana qarşı düşmənçilik təbili çalmasına icazə vermək, yaxud dünya müsəlmanlarının vəhdəti sayılan Beynəlxalq Qüds Günü astanasında dünyanın ikinci şiə ölkəsində anti-sionist din xadimini 16 il həbs cəzasına məhkum etmək, ya şiə ölkəsində “İsrail” dostluq parkının yaradılması kimi təhrikamiz açıqlamalar vermək olmaz.
Şübhəsiz, İranın müsəlman xalqı, xüsusilə də alimlər, elmi hövzələr, imam cümələr, universitetlər, tələbələr və s. 44 günlük Qarabağ müharibəsində Azərbaycan Respublikasının bir sıra dairələrinin ondan əvvəl hörmətsizlik etmələrinə göz yumaraq və Ali Məqamlı Rəhbərin Azərbaycanın işğal edilmiş torpaqlarının hamısının azad edilməsinə dair 17 Rəbiüləvvəl dəstək baxışlarını əsas tutmaqla, Azərbaycana bütün gücləri ilə və təsirli dəstək göstərdikləri hazırkı həssas vəziyyətdə Azərbaycan Respublikasından gözlənti budur ki, mövcud anti-İran və anti-İslam siyasətlərinə yenidən baxsın. Mövcud proseslərin dözülməz olacağı məlumdur.
Hamid Gülüstani, Qafqaz məsələləri üzrə ekspert