Tarix : 2021 May 08
Kod 61229

AİP sədr əvəzinə 16 il həbs hökmü çıxıarılmasına münasibət

İmam Sadiq (ə) Universiteti bəyanat yayaraq Azərbaycan İslam Partiyasının sədr əvəzinə 16 il hökm çıxarılmasını pisləyib.

İmam Sadiq (ə) Universitetinin “Şəhid Bakiri” Qurumunun beynəlxalq bölməsi bəyanat yayaraq Azərbaycan Respublikası məhkəməsinin Hacı İlham Əliyevə qarşı ədalətsiz və məntiqsiz hökm çıxarılmasını pisləyib.
AranNews - İmam Sadiq (ə) Universitetinin “Şəhid Bakiri” Qurumunun beynəlxalq bölməsinin Azərbaycan Respublikası məhkəməsinin AİP sədr əvəzi Hacı İlham Əliyevə qarşı ədalətsiz və məntiqsiz hökm çıxarılmasını pisləməsi haqda Bəyanatı
Bismillahir-Rəhmanir-Rəhim
أَمْ يَقُولُونَ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا فَإِن يَشَأِ اللَّهُ يَخْتِمْ عَلَى قَلْبِكَ وَيَمْحُ اللَّهُ الْبَاطِلَ وَيُحِقُّ الْحَقَّ بِكَلِمَاتِهِ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
“Yoxsa onlar: “O, Allaha qarşı yalan uydurdu”, - deyirlər? Əgər Allah istəsə, sənin qəlbini möhürləyər, batili yox edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, qəlblərdə olanları bilir.”
Təəssüf ki, son günlərdə müsəlman və qardaş Azərbaycan Reespublikasında islamçılara qarşı təzyiqlərin artdığını görürük. Əvvəl İranın Azərbaycandakı səfirinin şəhid Polad Həşimova “Şəhid Qasim Süleymani” ali medalını verməsi kimi dəyərli addımı əleyhinə hücum edildi, davamında isə 15 yaşına çatmamış uşaqlara dini təlimatları qadağan edən qanun qəbul edildi, daha sonra isə Azərbaycan İslam Partiyasının sədr əvəzi əziz alim və mücahid Hacı İlham Əliyevə qarşı ədalətsiz və məntiqsiz hökm çıxarıldı.
İkinci şiə ölkəsi olan Azərbaycanda baş tutan bu son addım, şübhəli və qeyri-düzgün təzyiqlərin artması qəsbkar sionist rejiminin çirkin və mənfur ayaq izlərininin çox aydın və inkaredilməz göstəricisidir. Bu hadisə Qarabağın azad edilməsi və böyük qələbədə islamçıların həyati rolunun heç kimə gizli olmadığı bir vəziyyətdə baş tutur.
İmam Xomeyninin (r) mübarək təşəbbüsü ilə bütün dünyada keçirilən və Qüdsi-şərifin çox yaxın olan azad olunacağı günə kimi davam edəcək Beynəlxalq Qüds Günü ərəfəsində Azərbaycanın hökumət başçılarına və məsul şəxslərinə elan edirik ki, bu addımlar sionist rejiminin çirkin oyununda və məğlubiyyətə məhkum planında oynamaqdan başqa bir şey deyil. Azərbaycan Respublikası dərhal bu cinayətlərdən və İslam əleyhinə oyundan çıxmalıdır.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh
  • Yazılıb
  • da (də) 2021 May 08
  • Göndərən مدير سايت Aran News