"Qüds günü" ilə bağlı İsrailin Bakıdakı səfirliyinin qarşısında bir qrup dindar aksiya keçirəcəyi gözlənilir.
Arannews-Hədəf14.az xəbər verir ki, "Qüds günü" ilə bağlı İsrailin Bakıdakı səfirliyinin qarşısında bir qrup dindar aksiya keçirəcəyi gözlənilir.
Onlar ilk olaraq Şəhidlər xiyabanına yürüş edib.
YENİLƏNİB
Daha sonra İsrail səfirliyi qarşısına gələrək "sionizmə ölüm", "Məhv olsun İsrail", "Məhv olsun Amrika"şüarları səsləndirəcəklər.
Qeyd edək ki, aksiya "Maarifçiliyə Dəvət İctimai Birliy"in rəhbəri ilahiyyatçı hacı Elçin Manafov tərəfindən təşkil edilib.
Xatırladaq ki, "Qüds günü" — Fələstinin azadlığına dəstək aksiyası kimi qeyd edilir. İlk dəfə 1982-ci ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir. Son illər "Qüds günü" Azərbaycanda və İraqda şiələr yaşayan bölgələridə də qeyd olunur.