Təbriz əhalisi səhiyyə protokollarına riayət etməklə Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi höccətül-islam vəl-müslimin Seyid Məhəmməd Ali-Haşimin evinin qarşısında toplaşaraq məhdud şəkildə Beynəlxalq Qüds Gününü keçiriblər, “Amerikaya ölüm”, “İsrailə ölüm”, “Sazişçiyə ölüm” şüarları
Arannews– Beynəlxalq Qüds Günü aksiyasında Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi çıxış edərək deyib: “Qüds Günü dünyanın bütün güclərinə xəbərdarlıq və Qüds mehvər olmaqla İslam Yaxın Şərqinin formalaşdığı gündür.”
Təbriz imam cüməsi çıxışının bir hissəsində İslam ordusunun şəhid sərkərdəsi genaral Qasim Süleymanini anaraq deyib: “Bugün dünya cəmiyyəti Fələstin xalqının yanında dayanırsa və müqavimət mücahidləri raket gücü ilə sionist rejimini İordan çayının qərb sahilindən geri oturmağı bacarırsa, bütün bunlar o sərkərdənin rəşadətlərinə görədir və o, bu qələbələrin əsas ortağıdır.”
Seyid Məhəmməd Ali-Haşim daha sonra deyib: “Biz öz prinsipimizdən əl çəkməyəcəyik, ümidvarıq, İmam Xomeyninin (r) bu günü təsis etməsi, bu yolun Ali Məqamlı Rəhbərin vasitəsələ davam etməsi, müqavimət cəbhəsinin dəyərli xidmətləri və hərəm müdafiəçilərinin təlaşları, onun da önündə sərdar Süleymaninin təlaşları sayəsində Qüdsü-şərifdə dünya müsəlmanlarının rəhbəri İmam Xameneinin imamətliyi ilə camaat namazının qılınmasının şahidi olaq.”