29 ildən sonra Azərbaycan xalqı Şuşanın işğalı günü - 8 mayı ilk dəfə olaraq azad şəkildə qarşılayır.
Arannews :1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Qala şəhəri işğal olunub.İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox insan etnik təmizləməyə məruz qalıb.Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.Amma Şuşa həsrətinə azərbaycanlı gənclər nəhayət 28 il 6 aydan sonra son qoymağı bacardılar. 44 gün davam edən Vətən müharibəsinin 42-ci günündə yəni noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı.Şuşa Azərbaycan əsgərinin peşəkarlığı, onun gücü və qüdrəti nəticəsində düşmən tapdağından azad edilib. Azərbaycan hərbçiləri dağlardan, meşələrdən, dərələrdən, sıldırım qayalardan keçərək Şuşanı azad ediblər.Bu şanlı qələbədə inanc əhlinin isə böyük payı olmuşdur Və Şuşa məscidindən azad səsinin ucalması həm Azərbaycan xalqını, həm də bütün digər müsəlmanları sevindirmişdir.Trend-ə açıqlamasında İran parlamentinin deputatı Vəli İsmaili deyib: Azərbaycan ordusunun Şuşa şəhərini işğaldan azad etməsinə bütün müsəlmanlar sevinir. Və çox sevinirik ki, uzun illərdən sonra Şuşa məscidində azan səsi eşidiləcək. Bu isə bütün müsəlmanları sevindirən nüansdır. ICESCO-nun baş katibi yanvarın 14-də Bakıda olarkən təklif edib ki, Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunsun. Bununla belə Azərbaycan Respublikasının prezident İlham Əliyev mayın 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.