Ermənistan Sərhəd Qoşunlarının keçmiş komandanı mətbuat konfransında delimitasiya prosesinin düzgün aparılmadığını bildirib.
Arannews :Armen Abramyan mətbuat konfransında delimitasiya prosesinin düzgün aparılmadığını bildirib. O, ümumiyyətlə, prosesi delimitasiya və ya demarkasiya adlandırmağın mümkünsüzlüyünü dilə gətirib. Abramyan Ermənistanın Azərbaycanla 2021-ci il fevralın 9-dan Araz çayından Zoda qədər tamamilə yeni sərhədlərinin yarandığını deyib.
Abramyan Ermənistanın ümumi sahəsi barədə dəqiq fikir söyləmək çətin olduğunu deyib: “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”.
Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan bir neçə gün əvvəl sərhədlərin yenidən müəyyənləşməsi haqda danışmışdı. O, belə prosesdən söhbət getmədiyini demişdi. Ayvazyan bildirmişdi ki, demarkasiya Azərbaycanla diplomatik əlaqələrin qurulmasından sonra baş tuta bilər.
Xatırladaq ki, Ermənistanın işğaldan sonra Sünik (Zəngəzur) vilayətinin ərazisinə qatdığı Qarabağ torpaqları geri qaytarılır. Bu məsələ sadə ermənilər və siyasi müxalifət arasında ajyotaj yaradıb. Onlar bu səbəbdən Paşinyan hökumətini vətənə xəyanətdə ittiham edirlər.