Tarix : 2021 May 11
Kod 61246

İsrail rejiminin Əl-Əqsa məscidinə və Qəzzaya qarşı hücumları Ankarada etiraz edilir - CANLI YAYIM

İsrail rejiminin Əl-Əqsa məscidinə qarşı hücumları Ankarada etiraz edilir.

Arannews-Deyerler.org xəbər verir ki, bir saat əvvəl Türkiyə Böyük Millət Məclisinin qarşısında başlayan yürüş İsrail rejiminin səfirinin iqamətgahı qarşısında sona çatacaq.
İsrail rejiminin təhlükəsizlik qüvvələrinin Qüdsdəki Şeyx Cərrah və Əl-Əqsa məscidində fələstinlilərə hücumundan sonra, sionist ordusunun döyüş təyyarələri də Qəzzada 9-u uşaq olmaqla 20 nəfərin həlak olması, 65 nəfərin yaralanması ilə nəticələnən hava hücumları reallaşdırmışdı.
Bütün bu inkişaflardan sonra Ankarada etiraz yürüşü həyata keçirilib.

  • Yazılıb
  • da (də) 2021 May 11
  • Göndərən جهان کمالی