Tarix : 2021 May 12
Kod 61250

İşğalçı İsrail rejimi Qəzzanı bombalayır; Şəhid olanların sayı 29-a çatdı - YENİLƏNİB

İsrail Müdafiə Qüvvələri “Həmas” radikal qruplaşmasının Qəzza zolağındakı 150 mövqeyinə eyni anda 80 qırıcı təyyarədən zərbə endirib.

Arannews: xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin məlumatına görə,  sionist rejimin ötən gündən Qəzza zolağına hücumu nəticəsində 9-u uşaq olmaqla 29 nəfər şəhid olub.  İşğalçı rejim qüvvələrinin hücumu nəticəsində 111 fələstinli isə yaralanıb.  
Qeyd edək ki, bundan öncə işğalçı İsrail rejiminin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində doqquz uşaq daxil olmaqla ən az 24 fələstinli şəhid olduğu və 103 nəfərin yaralandığı bildirilmişdi. . 
Fələstinin Wafa xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi bu gün İsrail rejiminin Qəzzanı və İordan çayının qərb sahilindəki hücumları nəticəsində 21 nəfərin şəhid olduğunu və 788 nəfərin yaralandığını açıqlayıb.
 şğalçı İsrail rejiminin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində doqquz uşaq daxil olmaqla ən az 24 fələstinli şəhid olub, 103 nəfər yaralanıb. 
Maide.Az -ın məlumatına görə,  bu barədə WAFA agentliyi xəbər verib. 
Məlumata əsasən, İsrailin pilotsuz uçuş aparatı Beyt Hanun şəhərinin şərqində bir qrup insana raket zərbələri endirib. 
Bundan başqa işğalçı rejim qırıcıları bu gün səhər Qəzzanın qərbində yaşayış binasını bombalayıb. Nəticədə 1 qadın, 1 əlil uşaq və daha iki fələstinli şəhid olub.  
Sionist rejim ordusu Qəzzanın 130 müxtəlif bölgəsini bombaladığını açıqlayıb.  
Qeyd edək ki, Fələstin müqavimət qrupları işğalçı rejimin Qəzzaya hücumuna cavab olaraq  Fələstinin İsrail rejimi tərəfindən işğal olunmuş ərazilərdəki yeni qəsəbələrinə raket zərbələri endirib. 
  • Yazılıb
  • da (də) 2021 May 12
  • Göndərən جهان کمالی