Şəvval ayı müşahidə olunduğu üçün May ayının 13-ü Şəvval ayının 1-ci günü və Fitr bayramı günüdü
Arannews-Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin ofisi yanında Ayın müəyyən edilməsi üzrə komitə məlumat verib.
Məlumata görə, 100-dən çox ekspert qrupu Ayın müəyyənləşdirilməsi üzrə işlər aparıb:
"Mübarək Ramazan ayında tutulan oruclar və edilən ibadətlərin qəbul olunması arzusu ilə, elan edirik ki, ölkənin bir neçə bölgəsindən verilən dəqiq məlumatlara əsasən, Şəvval ayının Ayı bu gün görünüb və Ali Rəhbər Ayətullah Xamenei cənablarına ayın görünməsi sabit olub. Buna görə də, sabah (May ayının 13-ü) Fitr bayramı günüdür."
Qeyd edək ki, "Fitrə zəkatı"nın 2021-ci il üçün miqdarı 3 kq buğda, düyü, xurma, kişmiş və bunlar kimi əsas qida sayılan yeməklər olmalıdır.
Hər kəs istəsə bu ərzaqların pulunu da ödəyə bilər. Azərbaycan üçün hər bir şəxsə görə, 2 manat kifayət edir, amma bundan artıq ödəmək istəyənlər ixtiyar sahibidir.
Üzrlü səbəbdən oruc tutmayanların kəffarəsinin miqdarı isə, hər gün üçün 750 qr. buğda, un, düyü, çörək və bunlara oxşar qidalardır.
Bu bayram münasibəti ilə bütün mömin qardaş və bacıları təbrik edirik.